Modern.az

Rusiyanın 15 yüksək vəzifəli şəxsinə Avropaya gəlmək QADAĞAN edildi - SİYAHI

Rusiyanın 15 yüksək vəzifəli şəxsinə Avropaya gəlmək QADAĞAN edildi - SİYAHI

29 Aprel 2014, 13:16


Avropa Birliyi bugün Rusiyaya qarşı yeni sanksiya siyahısını təqdim edib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, siyahıda 15 yükəsk vəzifəli Rusiya vətəndaşının adı yer alıb. Rusiya baş nazirinin müavini Dmitri Kozak, Krım Federal Dairəsi Rusiya prezidentinin şəxsi nümayəndəsi Oleq Belovantsev, Krım İşləri üzrə nazir Oleq Savelyev, Sevastopolun qubernatoru Sergey Menyaylo, Federasiya Şurasının Krımdan seçilən üzvü Olqa Kovitidi, Dövlət Dumasının vitse-spikerləri LyudmilaŞevçova və Sergey Neverov da var. Bundan başqa, separatçı “Donetsk Xalq Respubklikası”nın da 6 üzvü bu siyahıya salınıb. Beləliklə, Avropa Birliyinin qara siyahısına düşən Rusiya vətəndaşlarının sayı 48 nəfərə çatıb. Onlara Avropa Birliyi ərazisinə daxil olmaq qadağan olunub. Bundan başqa, siyahıdakı şəxslərin Avropa banklarında hesabları aşkar olunarsa, dərhal həmin hesab dondurulacaq. Qeyd edək ki, Rusiya XİN-i sanksiyalara adekvat cavab veriləcəyini açıqlayıb.

 

Vüqar İsmayılov      
Twitter
Sizə yeni tvit var
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...