Modern.az

JuHİ Eynulla Fətillayevə verilən cəzanı pisləyir

JuHİ Eynulla Fətillayevə verilən cəzanı pisləyir

7 İyul 2010, 16:39

Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayev barədə 06 iyul 2010-cu il tarixdə Qaradağ Rayon Məhkəməsinin çıxardığı hökmdən təəssüfləndiyini bildirib. Modern.az-ın məlumatına görə, JuHİ sədri Müşfiq Ələsgərli bu barədə deyib: “Biz Fətullayev barədə məhkəmədə fərqli qərar çıxarılcağını gözləsək də, ona yenidən 3 ilədək həbs olunmaq hökmünün verilməsi bizdə təəssüf hissi doğurur. Azərbaycanda medianın inkişafı yönündə atılan son addımlar fonunda bu qərar tamamilə paradoksal görünür”.

M.Ələsgərli qeyd edib ki, bu hökm barədə növbəti məhkəmə instansiyalarında ciddi müzakirələrin aparılacağına, obyektiv araşdırmalardan sonra fərqli qərar veiləcəyinə ümid edir.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi