Modern.az

Mina Sovetski “Çanaqqala”da çəkildi - FOTOLAR

Mina Sovetski “Çanaqqala”da çəkildi - FOTOLAR

Təhsil

4 Sentyabr 2014, 16:56

Azərbaycan şou-biznesində “Hər şey istəyirəm”  klipi ilə özünə yer qazanan Mina Sovetski (Nərmin Hüseynova) Türkiyədə  filmə çəkilib.  Müğənni-aktrisa Çanaqqala döyüşünə həsr edilən və Türkiyə Mədəniyyət Nazirliyi tərəfindən çəkilişinə 1 milyon 750 min lirə (630 min manat) maliyyə dəstəyi ayrılan "Son məktub" filmində rol alıb. 

Mina filmə təklif almağı barədə Modern.az-a danışıb: “Türk filmlərində oynamaq, özümü aktrisa kimi sınamaq uşaqlıq yaşlarımdan arzum olub. Hədəf seçmişdim və inanırdım ki, mən nə vaxtsa türk filmində çəkiləcəyəm. Rejissor məni “Bakıfilm” kinostudiyasının “Xoca” filmində canlandırdığım obrazımdan bəyənib”.

Qeyd edək ki, Mina Sovetski filmdə tibb bacısının köməkçisi “Sənəm” obrazını canlandırıb. Tibb bacısı rolunda digər azərbaycanlı aktrisa Nəsrin Cavadzadə çəkilib.

“Türkiyədə çəkilmək tamam başqa aləmdir. 130 nəfərlik komanda ilə işləyirdik. Bizim “Bakıfilm”də də peşəkar insanlar var, amma orada şərait başqadır. Pis olan bir şey var idi ki, yayın istisində qalın qış geyimləri geyindirirdilər bizə. Ürəyim partlasa da, günün altında Allaha yalvara-yalvara dözürdüm”.

Xatırladaq ki, filmin rejissoru və ssenaristi Özhan Erendir olan “Son məktub” filmi 7 aydan sonra efirlərə gedəcək. Çanaqqala döyüşünə həsr edilən filmin çəkilişləri Çanaqqala şəhərində bir neçə yerdə, ən çox isə “Dur, yolçu” adlanan şəhidlər xiyabanında aparılıb.

 

Məltəm Talıbzadə

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır