Modern.az

Gömrükçülər üçün xüsusi kurs təşkil olunub

Gömrükçülər üçün xüsusi kurs təşkil olunub

5 Oktyabr 2009, 13:20

Azərbaycanın gömrük orqanlarının əməkdaşları tərəfindən saxlanılan şəxslərin əl-barmaq izlərinin götürülməsi və daktiloskopik uçotunun aparılması qaydalarının öyrənilməsi üçün Daxili İşlər Nazirliyinin Polis Akademiyasında müvafiq kurs təşkil edilib.

Beş gün davam edən tədris müddətində saxlanılan şəxslərin əl-barmaq izlərinin götürülməsi üzrə Dövlət Gömrük Komitəsi Mərkəzi Aparatının təhqiqat və istintaq orqanlarının, həmçinin quruma daxil olan gömrük hüquqpozmalarına qarşı mübarizə şöbələrinin əməkdaşları üçün Polis Akademiyasının müəllimləri tərəfindən müvafiq biliklər verilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, kurs iştirakçıları qeyd olunan istiqamətdə biliklərin əldə olunması üçün Polis Akademiyası tərəfindən təsdiq olunmuş proqram üzrə 5 tədris günü ərzində Polis Akademiyasının Kriminalistika Fakultəsinin müəllimlərinin, Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin əməkdaşlarının, habelə digər mütəxəssislərin verdiyi biliklər əsasında saxlanılan şəxslərin əl-barmaq izlərinin götürülməsi üzrə müvafiq məlumatlar əldə ediblər.

Kurs zamanı dinləyicilər "Kriminalistik izşünaslıq", "Daktiloskopiya, cinayətin açılmasında və araşdırılmasında rolu", "Əl-barmaq izlərinin aşkar edilməsi, götürülməsi və qeydə alınması", "Müqayisəli tədqiq üçün nümunələrin götürülməsi", "Əməliyyat-Axtarış tədbirlərinin təşkili və taktikası, onun nəticələrinin sənədləşdirilməsinin bəzi məsələləri" və digər mövzular üzrə də müvafiq mühazirələr dinləyiblər.

Eyni zamanda qeyd olunan istiqamətdə müvafiq praktiki məşğələlər də keçirilib. Əl-barmaq izlərinin götürülməsi işində istifadə olunan xüsusi təyinatlı skaner ilə və sadə qaydada, mürəkkəb vasitəsi ilə şərti olaraq daktiloskopik kartlar üzərində əl-barmaq izlərinin götürülməsi işi təşkil olunub.

Kursun yekununda Polis Akademiyasının rəhbərliyi tərəfindən kurs iştirakçılarına "Saxlanılan şəxslərin əl-barmaq izlərinin çıxarılması" üzrə xüsusi kurs keçirilməsini təsdiq edən sertifikatlar təqdim olunub.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir