Modern.az

Əli Həsənov: “Azərbaycan jurnalistikasının hazırki vəziyyəti “Diffamasiya haqqında” Qanunun qəbuluna imkan vermir”

Əli Həsənov: “Azərbaycan jurnalistikasının hazırki vəziyyəti “Diffamasiya haqqında” Qanunun qəbuluna imkan vermir”

5 Oktyabr 2009, 14:58

MODERN.AZ-IN SUALLARINI PREZİDENT ADMİNİSTRASİYASININ ŞÖBƏ MÜDİRİ ƏLİ HƏSƏNOV CAVABLANDIRIR

- Əli müəllim “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin, iki gənc bloqçunun əsassız həbs olunmalarına dair iddialara münasibətiniz necədir?
-  Əvvəla, fərqli düşünməyi heç kəsə qadağan etmək olmaz. Amma həmin adları çəkilən şəxslərin - konkret Qənimət Zahidin haqqında məhkəmə hökmü var. İndi əgər kimsə həmin məhkəmə hökmündən razı deyilsə, digər instansiyalara müraciət edə bilər. Azərbaycan bu gün Avropa hüquq məkanındadır. Əgər Azərbaycan məhkəmələrinə etibar etmirlərsə,  Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edə bilərlər. O ki qaldı digər şəxslərə, onlar barəsində məhkəmə prosesi gedir və bu səbəbdən də indidən heç nə demək istəmirəm.
- Yaxın zamanlarda həmin şəxslərin, konkret olaraq, Qənimət Zahidin, Eynulla Fətullayevin azadlığa buraxılması gözləniləndirmi?
- Şəxsən məndə belə bir məlumat yoxdur.
- “Diff
amasiya haqqında” Qanunun qəbulu məsələsi nə yerdədir? Bu məsələ gələcəkdə reallaşa bilərmi?
- Bu gün həmin məsələ haqqında danışmaq hələ tezdir. Gələcəkdə hər şey ola bilər.
- Şəxsən siz özünüz həmin qanunun qəbuluna zəruri ehtiyac görürsünüzmü?
- Azərbaycan cəmiyyətinin və jurnalistikasının hazırki vəziyyəti imkan vermir ki, həmin qanun indiki dövrdə qəbul olunsun. Amma, yenə təkrar edirəm, gələcəkdə hər şey mümkündür. Həyat davam və inkişaf edir. 
-
Siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi məsələsi nə yerdədir? 
- Bilirsiniz, bu məsələ xeyli vaxtdır gündəmdədir, müzakirələr gedir. Parlamentin bununla bağlı nə qərar qəbul edəcəyindən də çox şey asılıdır. Amma bununla belə, Azərbaycan hakimiyyətinin daxili siyasətində siyasi partiya institutunun möhkəmləndirilməsi, gücləndirilməsi, müstəqilləşdirilməsi və cəmiyyət həyatında onların rolunun artırılması prioritet istiqamətlərdən birini təşkil edir.
-
Bu günlərdə Türkiyə Böyük Millət Məclisində Ermənistanla sərhədlərin açılmasını özündə ehtiva edən protokolların təsdiqlənməsi məsələsi müzakirəyə çıxarılıb. Necə fikirləşirsiniz, bu protokollar parlament tərəfindən təsdiqlənərsə, Türkiyə-Azərbaycan münasibətlərində nələr yaşana bilər?
-  Türkiyə rəsmilərinin - xüsusilə başda Türkiyə Prezidenti Abdullah Gül və Baş nazir Rəcəb Tayyib Ərdoğanın Azərbaycan xalqına, Azərbaycan rəsmilərinə verdiyi  rəsmi sözə inanırıq. Eyni zamanda, onların öz mövqelərini axıra qədər davam etdirəklərini düşünürük. Ona görə də bu haqda indidən geniş münasibət bildirmək istəmirəm.

   

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI