Modern.az

Erməni separatçılarının spikeri amerikalı həmsədrlə görüşüb

Erməni separatçılarının spikeri amerikalı həmsədrlə görüşüb

Dünya

2 Dekabr 2014, 12:07

Qondarma “Dağlıq Qarabağ Respublikası”nın “parlamentinin” spikeri Aşot Qulyan ABŞ-ın paytaxtı Vaşinqtonda ATƏT-in Minsk qrupunun həmsədri Ceyms Uorliklə görüşüb.
Modern.az
Ermənistan mətbuatına istinadən xəbər verir ki, görüşdə dekabrın 1-də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son proseslər və regional hadisələr müzakirə olunub.

  Elə həmin gün Aşot Qulyan ABŞ Konqersinin erməni məsələləri üzrə üzvü Frenk Pallone ilə də görüşüb. Tərəflər ABŞ-ın Dağlıq Qarabağda həyata keçircəcəyi humanitar proqramları müzakirə ediblər. 

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı