Arxiv
1 Sentyabr 2009, 11:46 |
Oruc “xaosu”

Azərbaycan toplumunda  yayğınlaşan tendensiyalardan biri də Ramazan ayında oruc tutan insanların sayının ilbəil artmasıdır. Daha böyük sürətlə yayılan kütləşmənin yanında Allaha xoş gedən əməlin - nəfsini cilovlaya bilən insanların sayının çoxalması əlbəttə yaxşı haldır. Amma son dövrlər Ramazanda gülməli (bəlkə də ağlamalı) bir tendensiya muşahidə olunur. Bu da imsak və iftar saatları ilə baglı fərqli təqvimlərin yayılmasıdır.

Uşaqlıqdan yadımdadır, qarı-qoca oruc tutanda nə təqvim axtarar, nə saata baxardılar. Onlar üçün Orucluğun ilk qaynağından gələn bir qayda vardı: hava işıqlaşmamış yeməyi bitirmək. İmsak və iftar vaxtını müəyyənləşdirən bir metod da vardı. Ağ sapla qara sapın bir-birindən seçilməsi məsələsi...

Müsəlmanlar bu ənənələr əsasında yüz illəri aşıb orucu XXI əsrə daşıdılar.  Lakin indi – informasiya əsrində bu ənənələri əvəzləyən metodlar ortaya çıxıb ki, xoş niyyətlə bir aylıq yola çıxan insanlarda çaşqınlıq yaradır. Təsəvvür edin, bir metro stansiyasının qarşısında sənə bir neçə cür Ramazan təqvimi verirlər. Hərəsindəki saatlar da bir-birindən fərqli. Birini Qafqaz Müsəlmanları İdarəsi buraxıb, birini paytaxtdakı hansısa məscid, birini Türkiyə Diyanet İşləri Vəqfi, birini də İran mollaları...

Bu nizamsızlığın yaratdığı intizamsızlığı bazar günü Gülüstan sarayında Türkiyənin Zəfər bayramında gördüm. İftar vaxtı oruclu insanların bir qismi yemək masalarına yaxınlaşanda, bir qismi də saatlarına baxıb yanındakılara “Hələ iftara 5-10 dəqiqə  var, bunlar niyə tələsiblər?” deyirdilər.

Orucun özəlliklərindən və gözəlliklərindən biri də insanların bərabərləşməsidir. Amma təqvimlərin ortaya çıxardığı belə mənzərələr oruc tutanlar arasında bərabərliyin pozulmasına səbəb olur. İstənilən bir kollektivdə oruc tutanların yarısı bir vaxtda, yarısı ayrı vaxtda iftara oturursa, bunun harası müsəlman bərabərliyi oldu?

Bir ilahiyyatçının fikrincə Azərbaycanda dindar kəsimlərin böyük bir hissəsi Qafqaz Müsəlmanları İdarəsini (QMİ) qəbul etmədiyindən belə müxtəliflik və çaşqınlıq yaranır.

QMİ-nin cəmiyyətdəki nüfuzunun dərəcəsini  müzakirə etməkdən uzağam. Amma tək Ramazan təqvimlərindəki bu “xaos” QMİ-nin zəifliyinə bir işarədir. Axı necə olur ki, QMİ-nin əhatə dairəsində olan Bakıda başqa dövlətlərin, lap elə qardaş Türkiyənin dini idarəsinin təqvimi paylanır? QMİ-nin Ramazan təqviminin İstanbulda və ya Tehran küçələrində camaata paylanmasını təsəvvür edirsinizmi?

Adama nə deyərlər və nə edərlər...   

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu saytda işləyən jurnalistləri robotlarla əvəzləyəcək 30 May 2020, 19:20 "Facebook"da daha bir yenilik 30 May 2020, 19:13 Avropa İttifaqı ÜST-lə bağlı ABŞ-a çağırış etdi 30 May 2020, 19:00 Filippində 6 baladək zəlzələ oldu 30 May 2020, 18:50 Yaşayış binasında təhlükənin qarşısı alındı 30 May 2020, 18:42 Şirvanda ağır qəza - Ölən var   30 May 2020, 18:30 Baş Prokurorluq polis və qadının bıçaqlanması ilə bağlı MƏLUMAT YAYDI 30 May 2020, 18:20 Daşkəsənə güclü dolu yağıb - VİDEO 30 May 2020, 18:10 Goranboyda beş nəfər koronavirusa yoluxdu - VİDEO 30 May 2020, 18:01 Azərbaycanda koronavirusdan sağalan xəstələrin sayı AÇIQLANDI 30 May 2020, 17:55 “Hücum!” əmrinizə müntəzirik, cənab Ali Baş Komandan! - Tarixçi alim İrəvandan YAZDI - II  HİSSƏ 30 May 2020, 17:47 Azərbaycanda daha 257 nəfərdə koronavirus aşkarlandı - 3 nəfər öldü 30 May 2020, 17:40 Jurnalist koronavirusdan vəfat edən anasının dəfninə qatıla bilmədi 30 May 2020, 17:34 Mirzə Ələkbər Sabirə doğum günü hədiyyəsi: Şamaxıdakı evi təmir edildi - VİDEO   30 May 2020, 17:25 Nazirliyin səyyar mikroavtobusları Masallıda 30 May 2020, 17:17 Paşinyana qarşı yeni müxalif partiya yaradıldı 30 May 2020, 17:10 İranda daha 2 282 nəfər koronavirusa yoluxdu 30 May 2020, 17:02 Min bir dərdin dərmanı - ÜZƏRLİKLƏ BAĞLI BİLMƏDİKLƏRİMİZ 30 May 2020, 16:55 Alimlər koronavirusu tamamilə məhv etmək üçün çarə tapdılar 30 May 2020, 16:47 Xəzərdə dalğanın hündürlüyü 4,5 metrə çatıb - Faktiki hava 30 May 2020, 16:40 Daha bir marşrut xətti “BakuBus”a verildi - FOTO 30 May 2020, 16:33 Oğurluq üstündə tutuldular, başqa cinayətləri də üzə çıxdı 30 May 2020, 16:25 “Fəvvarələr meydanı”nda fleşmob keçirənlər saxlanıldı - FOTO 30 May 2020, 16:17 Tural Gəncəliyevdən kanadalı həmkarına ETİRAZ 30 May 2020, 16:10 Gəncədə aparılan təmir-tikinti və abadlıq-quruculuq işləri davam etdirlir   30 May 2020, 16:02 Daha iki marşrut avtobusun hərəkət istiqaməti dəyişdirilir 30 May 2020, 15:55 Pakistanda Covid-19-a yoluxanların sayı durmadan artır- SON STATİSTİKA 30 May 2020, 15:48 Deputat icra başçısından müğənninin xahişini etdi - FOTO 30 May 2020, 15:40 Dövlət komitəsindən Bakıda atası tərəfindən zorakılığa məruz qalan uşaqla bağlı AÇIQLAMA 30 May 2020, 15:34 Borca görə 9 nəfər saxlanıldı 30 May 2020, 15:27 Azay Quliyev: “Şuşadakı təxribat müharibə çağırışlarının kəskin artmasına səbəb oldu” 30 May 2020, 15:20 Həmsədr ölkələr əldə olunacaq sülh sazişinə cavabdeh olacaqlar - Tural Gəncəliyev 30 May 2020, 15:14 Bağlanan bankların əmanətləri bu bank vasitəsilə ödəniləcək - RƏSMİ 30 May 2020, 15:06 Meksika da koronavirusa görə Çini geridə qoydu 30 May 2020, 14:59 Köçkünlərin mənzil-məişət probleminin həlli dövlətimizin prioritet vəzifəsidir - Çingiz Qənizadə 30 May 2020, 14:52