Modern.az

Jurnalist təşkilatları nə işlə məşğuldur? (sorğu)

Jurnalist təşkilatları nə işlə məşğuldur? (sorğu)

24 Avqust 2010, 12:35

Azərbaycanda dövlət qeydiyyatından keçmiş 50-dən çox jurnalist təşkilatı olsa da, onların əksəriyyətinin fəaliyyəti reallıqda hiss olunmur. Belə qurumların bəziləri aradabir hansısa əlamətdar tarixlə bağlı tədbir keçirməklə, digərləri öz marağı naminə layihə reallaşdırmaqla işini bitmiş hesab edir.
Modern.az-ın əməkdaşı üzdə olan bəzi jurnalist təşkilatları ilə əlaqə saxlayaraq hazırda nə işlə məşğul olduqlarını soruşub.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu deyib ki, rəhbərlik etdiyi qurum hazırda dörd istiqamətdə işləyir. Bunlar mətbuat,  sülhməramlı aksiyalar və konfliktlər problemi, qaçqın və məcburi köçkün məsələsi, icma əsaslı layihələr istiqamətləridir. “Bizim hər dörd istiqamət üzrə müxtəlif layihələrimiz, çalışan insan resuslarımız var”-deyə U.Rəhimoğlu qeyd edib.
BAMF sədri deyib ki, beynəlxalq qurumlarla yaxşı əlaqələr qurublar. BAMF gələn ay Beynəlxalq Mətbuat İnistutun Avstryada keçiriləcək 60 illik yubley tədbirinə üç nəfərlik heyətlə dəvət alıb.

Jurnalist Araşdırmalar Mərkəzinin (JAM) sədri Seymur Verdizadə: “Biz Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyə yardımı ilə həyata keçirdiyimiz region mətbuatının inkişaf məsələsinə dair bir layihəni yenicə yekunlaşdırmışıq. Son 4 ayda mütəmadi olaraq mətbuatda insan hüquq və azadlıqlarının işıqlandırılmasına dair monitorinqlər aparmışıq.
Təşkilatımız hazırda yeni monitorinq aparır. Bununla yanaşı, üzvlərin iştrakı ilə “Difomasiya haqqında” qanunu müzakirə edirik. Müvafiq təkliflər hazırlayırıq, bu ayın axırına kimi həmin təklifləri Mətbuat Şurasının rəhbərliyinə təqdim etməyi  planlaşdırmışıq”.
S.Verdizadənin sözlərinə görə, JAM QHT-lərə Dövlət Dəstəyi Şurasının elan etdiyi müsabiqəyə də qatılıb. “Əgər Şura bizim layihəni maliyyələşdirməyə qərar versə, sentyabr ayından etibarən çox gərəkli bir işin icrasına başlaya bilərik”.

Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli: “Üç il öncə jurnalistlərin müdafiəsinə yardım üçün fond yaratmışıq, Açıq Cəmiyyət İnistutu tərəfindən maliyələşdirilir. Bizim əsas məqsədimiz peşə borcunu yerinə yetirərkən döyülən, həbs olunan jurnalistlərə maliyyə yardımı göstərməkdir. Hazırda işlərimiz bu istiqamətdə davam edir. Yeni layihə üzərində də işləyirik. Sentyabr ayında həmin  layihənin icrasına başlayacağıq. Layihənin əsas məqsədi regionda jurnalist peşəkarlığının artırılmasıdır”.

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev bildirib ki, sentyabrn 7-9-da  Bakıda söz və ifadə azadlığı ilə bağlı beynəlxalq forum keçirəcəklər, ona hazırlaşırlar. Forumda kitab sərgisi, fotosərgi, debat keçiriləcək və həmçinin yeni klubun açılışı olacaq. “Yeni Nəsil” sentyabrn 9-da daha bir beynəlxalq konfrans keçirəcək. Təşkilat sentyabrn 12-24-də televiziya jurnalistləri üçün treniqlər planlaşdırır. “Sentyabrn 13-16-da regional konfransda iştirak edəcəyik. İstanbulda keçiriləcək təbirdə Azərbaycan, Gürcüstan, Ermənistan nümayəndələri iştrak edəcəklər. Bir sözlə, boş oturmamışıq, işlərimiz çoxdur”-deyə Arif Əliyev bildirib.

Parlament Jurnalistləri Birliyin sədri Elşad Eyvazlı: “Bizim təşkilat jurnalistikamızın inkşafı ilə bağlı müxtəlif istiqamətdə işlər aparır. “Reket jurnalistikası”na qarşı mübarizə, jurnalistlərin sosial problemlərinin həlli məsələsinin gündəmə gətirilməsi sırf  bizim təşkilatın adı ilə bağlıdır. Jurnalistlərin peşə fəaliyyətin gücləndirilməsi, bu istiqamətdə xarici təcrübənin öyrənilib tətbiq edilməsi, Qarabağla bağlı həqiqətlərin ayrı-ayrı ölkələrin mediasına çıxarılması və dərc edilməsi istiqamətində işlər görürük. Eyni zamanda vaxtaşırı ayrı-ayrı meyarlar üzrə qəzetlərin monitorinqini aparırıq, qəzetlərin tərtibat və dizayn məsələsi, həmçinin yazılara başlıqların seçilməsinə dair ciddi fikirlərimiz var yaxın vaxtlarda onları da həyata keçirəcəyik”.

Azərbaycan Jurnalistlər Birliyin sədri Elçin Şıxlı: “Hazırda 3 layihəmiz var. Biri Böyük Britaniya səfirliyinin köməkliyi ilə qaçqın və köçkün gənclər arasında həyata keçirilir. Qarabağ probleminə dair treniqlərə başlamışıq.
İkinci layihəmiz təzəliklə açdığımız “Media Mərkəzi” ilə bağlı işlərin davamıdır, Lənkəranda bölgə jurnalistlərinin yazıları üçün şəbəkə saytı yaradırıq. Bundan başqa, ayrı-ayrı təşkilatlarla işləyirik”.

Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli: “Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkşafına Dövlət Dəstəyi Fondu ilə bir layihəni başa çatdırmışıq. Layihə informasiya almaq və yaymaq hüququna dair aktlar barədə jurnalistlərin məlumatlandırılması ilə bağlı idi. Hazırda fevral ayından başlanılan və 2 il muddətində davam edəcək “Etik Jurnalist Təşəbbüsü: Azərbaycan” adlı iri layihəmiz həyata keçirilir. Maliyyəni Avropa Komissiyası ayrırıb. Bu, Beynəlxalq Jurnalistlər Fedrasiyasının JuHİ ilə birgə həyata keçirdiyi müştərək layihədir. 4 istiqamət üzrə təlimlər, seminarlar və konfranslar keçirilir. Qarşıdan parlament seçkiləri gəlir. Seçki dövrü etik davranış qaydalarına dair monitorinqlər, seçkidən yazan jurnalistlər üçün təlimlər keçirməyi nəzərdə tutmuşuq. Sentyabr – oktyabr aylarında bu istiqamətdə fəal tədbirlərimiz olacaq”.

Mail Ağaxanov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir