Modern.az

Putinə qarşı rus dilində telekanal yaradılır

Putinə qarşı rus dilində telekanal yaradılır

Təhsil

2 Yanvar 2015, 22:16

Qərb ölkələr ilə Rusiya arasında Ukrayna böhranı ilə başlayan gərginlik media sektoruna də əks olunacaq kimi görünür. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Avropa İttifaqı ölkələri Rusiya televiziyalarına alternativ olaraq rus dilində yayımlanacaq bir kanal qurmağa hazırlaşır. Hədəf isə Putin hakimiyyətinin media üzərindən apardığı təbliğata mane olmaqdır.

Aralarında İngiltərə və Polşanın da olduğu 15 Avropa Birliyi ölkəsi layihəyə dəstək verir.

Kanalın ən mühüm hədəfi xalqıdırsa, sakinlərinin əksəriyyəti rus dilində danışan Estoniya və Latviya olacaq. Məqsəd bu ölkələrdə rus televiziyaları yerinə qurulacaq bu yeni kanalın izlənməsini təmin etməkdir. ABŞ və Avropa İttifaqı rus dilində yayımlanacaq kanal fikrinə Putin rəhbərliyinin 2009-cu ildə media nəzarətini artırmasından sonra daha ciddi yanaşmağa başlayıb.

Rusiya prezidenti Vladimir Putin ötən ilin oktyabrında Rusiyada əcnəbilərin media qurumuna malik olmasını çətinləşdirən bir qanunu da tətbiq edib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü