Modern.az

Parlament jurnalistlərinin qalib saydığı deputatların hələki alternativi yoxdur

Parlament jurnalistlərinin qalib saydığı deputatların hələki alternativi yoxdur

30 Avqust 2010, 12:57

Parlament Jurnalistləri Birliyinin son üç ildə apardığı sorğu nəticəsində ən fəal millət vəkilləri adını qazanan deputatların dairəsi rəqibsiz görünür. Modern.az saytı xəbər verir ki, siyasi partiyaların yaratdığı seçki blokları bu dairələrdən deputat seçilmiş millət vəkillərinə qarşı namizəd irəli sürməyiblər. Məsələn, 14 saylı Əzizbəyov ikinci seçki dairəsindən deputat seçilmiş Mehriban Əliyevanın bu dairədə alternativi yoxdur. Heç bir siyasi blok burada namizəd irəli sürməyib.
105 saylı Tovuz şəhər seçki dairəsindən deputat olan Qənirə Paşayevanın da “ərazisi” boşdur. Hələki bu dairədə kiminsə namizəd irəli sürmək planı yoxdur. 96 saylı Goranboy-Naftalan seçki dairəsindən seçilən Gültəkin Hacıbəylinin bu dairə üzrə alternativi hələ ki yoxdur. Siyasi partiyalar bu dairə üzrə namizəd verməyiblər. Siyasi qüvvələr eyni qayda ilə ilə 46 saylı Şirvan seçki dairəsindən deputat seçilmiş Azay Quliyevə qarşı da namizəd verməyiblər.

52 saylı Quba seçki dairəsinin deputatı Vahid Əhmədov da öz dairəsinin “favoritidir”. Bu dairə üzrə də hansısa siyasi qüvvənin dəstəklədiyi namizəd hələ üzə çıxmayıb.

104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən millət vəkili olan Nazim Məmmədov da PJB-nin “uğur siyahısında” olan millət vəkili olub. Öz fəallığı ilə media gündəmində qala bilən deputat dairəsində də fəallığını saxlaya bilib.

Beləliklə, Parlament jurnalistlərinin “uğur siyahısında” olan deputatlar hələ ki,  ümidverici təsir bağışlayırlar.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir