Modern.az

MSK regionlarda “seçki kurslarına” başlayır

MSK regionlarda “seçki kurslarına” başlayır

Təhsil

30 Avqust 2010, 18:06

Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi  haqqında” Sərəncamının icrası ilə əlaqədar seçki hüququ üzrə ixtisaslaşdırılmış kursları davam etdirir. Mərkəzi Seçki Komisisyasının mətbuat xidmətinin rəhbəri Azər Sarıyevin Modern.az-a verdiyi məlumata görə,  dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün nəzərdə tutulan kurslar sentyabrın 1-dən 3-dək regionlarda keçiriləcək.  Kurslarda Mərkəzi Seçki Komissiyasının üzvləri, məsul işçiləri, müvafiq şəhər, rayon icra hakimiyyətlərinin səlahiyyətli şəxsləri, rayon prokurorları, məhkəmə sədrləri və polis idarələrinin rəisləri mühazirələr oxuyacaq, DSK sədrləri seminarlar keçəcəklər.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası 2007 və 2009-cu illərdə də Azərbaycan Respublikası Prezidentinin sözügedən sərəncamının icrası ilə əlaqədar aşağı seçki komissiyalarının üzvləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirmişdi.

X.Səfəroğlu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar