Modern.az

Ötən ay 110 qida zəhərlənməsi baş verib

Ötən ay 110 qida zəhərlənməsi baş verib

Təhsil

31 Avqust 2010, 10:35

Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2010-cu ilin iyul ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 102 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub, 65 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 70 nəfər işdən müvəqqəti kənarlaşdırılıb. Bu barədə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatında bildirilib.

Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 1013, mikrobioloji göstəricilərinə görə 741, toksikoloji göstəricilərinə görə 246, radioloji göstəricilərinə görə 40 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 5-də orqanoleptik və fiziki-kimyəvi, 22-də mikrobioloji, 5-də toksikoloji göstəricilərinə görə normativlərdən kənara çıxma müəyyən olunub.

Şadlıq evlərindən 4065 yaxma nümunəsi, 70 soyuq qəlyanaltı nümunəsi götürülüb, yaxma nümunələrinin 76-də mikrobioloji çirklənmə aşkar edilib.

İyul ayı ərzində əhali arasında 110 qida zəhərlənməsi hadisəsi baş verib, 119 nəfər zərərçəkən olub. O cümlədən 1 botulizm hadisəsi baş verib, 2 nəfər zərərçəkən olub.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi