Arxiv
9 Aprel 2015, 15:31 | AKTUAL
Siyasətçilərin idman məşğuliyyəti - "At çapmışam", "Basketbola getmişəm"

Cəmiyyət hər zaman siyasətçilərin siyasi çıxışları ilə yanaşı, onların şəxsi həyatı ilə də maraqlanıb: siyasətdən kənarda nə işlə məşğuldurlar, hansı musiqi janrına qulaq asır, hansı idman növünə azarkeşlik edir, hobbisi varmı və s.

Modern.az saytı bunları nəzərə alaraq, Azərbaycanın tanınmış siyasətçilərinin hansı idman növü ilə məşğul olduqlarını və hansı idman növünə azarkeşlik etdiklərini öyrənməyə çalışıb.

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov deyir ki, güləş üzrə idman ustasıdır. YAP-çı deputat 10 yaşından güləşlə məşğul olub. O, 1988-ci ildə hətta SSRİ çempionu da olub. Siyavuş Novruzov indinin özündə də arabir idmanla məşğul olur.

Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə 1987-1988-ci illərdə SSRİ Silahlı Qüvvələri arasında ağırlıqqaldırma üzrə ikinci yeri tutmaqla yanaşı, idman ustası da olub. Amma o, hazırda  ağırlıqqaldırma ilə məşğul deyil.
İqbal Ağazadə indi hər gün 7-8 km yolu qaçmağı sağlamlıq kimi dəyərləndirir.

Ədalət Partiyasının sədri  İlyas İsmayılov boyunun hündür olmasından yararlana bilib. “Cavanlıqda çox ciddi şəkildə basketbolla məşğul olmuşam. İndi isə yaşlanmışam. Ona görə də  güləşən, top oynayan vaxtım deyil. Sadəcə, bu yaşda azarkeşlik etdiyim idman növü futboldur”.

AMİP  lideri Etibar Məmmədov məşğul olduğu idman növündən danışarkən bunları deyib:
Məktəb illərində gimnastika ilə çox məşğul olmuşam. Ondan sonra tələbəlik illəri gəldi və özümün siyasətdə aktiv olduğumu gördüm. O illər ərzində üzgüçülük və tennis idman növü ilə məşğul olmuşam. Bu iki idman növü ilə indi  də məşğul oluram. Xüsusi azarkeşlik etdiyim idman növü yoxdur. Çünki hər bir idman növü ilə müntəzəm olaraq maraqlanıram”.

Müsavat Partiyasının başqanı Arif Hacılının başı siyasətə yaman qarışıqdır. “Uzun illər futbolla məşğul olmuşam. İndi isə müəyyən səbəblər üzündən futbolla məşğul olmuram. Futbol həm də azarkeşlik etdiyim idman növüdür”.

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər zamanında idmanla məşğul olub:
“Əvvəllər  sərbəst güləşlə məşğul olmuşam. İndi hər hansı idman növü ilə məşğul olmuram. Sadəcə olaraq, hər gün bir saat açıq havada gəzirəm. Xüsusi azarkeşlik etdiyim idman növü yoxdur. Maraqlı futbol, basketbol oyunlarını, boks yarışlarını izləyirəm”.  

Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət  isə hələ uşaqlıqdan kişi xarakterli olması ilə seçilib. Partiyanın sədri Əvəz Temirxan Lalə Şövkət haqqında bunları deyib: 

“Lalə Şövkət çox yaxşı at çapmağı bacarır. 1965-ci ildə Lalə xanımın 14 yaşı olanda atası Şövkət bəy onu dünya şöhrətli futbolçu, braziliyalı Pelenin oyununu izləmək üçün Moskvaya aparıb. Lalə Şövkət yaxşı maşın sürməyi də  bacarır. İndi isə elə bir şərait olmadığından heç bir idman növü ilə məşğul olmur”.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı idmanın hansı növü ilə məşğul olmağından danışarkən belə deyib:
“Universitetdə oxuduğum illərdə güləşlə ciddi məşğul olmuşam. Müəyyən uğurlar qazanmışam. Ancaq sonradan bu idman növü ilə obyektiv səbəblərə görə vidalaşdım. Çünki qəzaya uğramağım nəticəsində ayağımdan aldığım yara imkan vermədi ki, güləşə olan marağımı davam etdirim. Voleybolla da məşğul olmuşam. Deyərdim ki, bu idman növünün həvəskarı olmuşam. Hətta, 44-45 yaşıma qədər həftədə 2-3 dəfə voleybolla müntəzəm məşğul olmuşam. İndi isə üzgüçülüklə məşğul oluram. Bu idman növünü indi daha çox sevirəm”.

AXCP sədri Əli Kərimlinin hansı idman növü ilə nə zaman və yaxud da indi məşğul olduğunu dəqiqləşdirə bilmədik.

Namidə  BİNGÖL

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
ABŞ sərhəddəki vəziyyətlə bağlı BAYANAT yaydı 14 İyul 2020, 09:18 Ermənilər Tovuzu yenidən atəşə tutdu 14 İyul 2020, 09:00 Artur Rasizadə: “Ata-anası azərbaycanlı olub yarıtmaz iş görənlər o qədərdi ki!” - MÜSAHİBƏ 14 İyul 2020, 08:54 Alimlər koronavirusun yeni yoluxma riskini aşkarladılar 14 İyul 2020, 08:53 BMT baş katibi cəbhədəki gərginliklə bağlı müraciət etdi 14 İyul 2020, 08:27 Türkiyədə sel dörd nəfərin həyatına son qoyub 14 İyul 2020, 00:44 “Ermənistan törətdiyi bütün qanunsuz əməllərin cavabını verəcəkdir” - XİN 14 İyul 2020, 00:31 Naftalanda ağır qəza: ölənlər var 14 İyul 2020, 00:19 Heydər Əliyevin hakimiyyətə gəlməsindən 51 il ötür 14 İyul 2020, 00:13 “Ermənistan regionda gərginliyi artırmağa çalışır” - Hikmət Hacıyev 13 İyul 2020, 23:59 “Ermənistanın təcavüzünü pisləyirik” - İranlı sabiq deputat 13 İyul 2020, 23:42 Nazir Avropa İttifaqını cəbhədəki vəziyyətlə bağlı məlumatlandırdı 13 İyul 2020, 23:18 356 COVİD-19 xəstəsinin vəziyyəti ağırdır - FOTO 13 İyul 2020, 22:52 Şəmkirdə yağışın yaratdığı fəsadlar aradan qaldırılır 13 İyul 2020, 22:39 Çindən  ABŞ rəsmilərinə qarşı sanksiya 13 İyul 2020, 22:29 "Ölü" doğulan körpə basdırılarkən ağladı 13 İyul 2020, 22:14 Ukraynadan erməni təxribatına REAKSİYA 13 İyul 2020, 22:02 “Can Azərbaycana canımız fəda” - Mövlud Çavuşoğlu 13 İyul 2020, 21:51 Koronavirus Türkiyədə daha 19 can aldı 13 İyul 2020, 21:36 İranlı deputat koronavirusdan öldü 13 İyul 2020, 21:24 Ermənilərin 20-dən çox hərbçisi və texnikası məhv edildi - VİDEO 13 İyul 2020, 21:11 Cəlilabadda baş həkimin evi yandı 13 İyul 2020, 21:00 Quba-Xınalıq yolu BAĞLANDI 13 İyul 2020, 20:50 Elmar Məmmədyarov türkiyəli həmkarı ilə telefonla DANIŞDI 13 İyul 2020, 20:34 Gürcüstanın XİN başçısı azərbaycanlı həmkarına zəng etdi 13 İyul 2020, 20:29 Ermənilərin atdığı top mərmisi bu evə düşdü - VİDEO 13 İyul 2020, 20:18 Mətbuat Şurası cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı 13 İyul 2020, 20:09 Leysan yağışlar bu rayonlarda sel yaratdı -FAKTİKİ HAVA 13 İyul 2020, 20:00 Həmsədrlər cəbhədəki gərginliklə bağlı BƏYANAT yaydılar 13 İyul 2020, 19:50 Xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirildi 13 İyul 2020, 19:44 Spiker: “Azərbaycan əsgəri düşmənin istənilən həmləsinin qarşısını almağa qadirdir” 13 İyul 2020, 19:25 Gürcüstan prezidenti sərhəddəki gərginliklə bağlı bəyanat yaydı 13 İyul 2020, 19:17 Dərsliklərə yeni mövzular salınacaq - Təhsil Nazirliyi 13 İyul 2020, 19:00 Buraxılış imtahanlarının nəticələri ilə bağlı Apellyasiya komissiyası yaradıldı 13 İyul 2020, 18:50 Ermənistan ordusu Tovuzun Dondar Quşçu kəndini toplardan atəşə tutub 13 İyul 2020, 18:40