Modern.az

Parisdə İlham Əliyev və Sərkisyanın gələcək görüşünün detalları müzakirə olundu – FOTO

Parisdə İlham Əliyev və Sərkisyanın gələcək görüşünün detalları müzakirə olundu – FOTO

30 Aprel 2015, 21:00

 ATƏT-in Minsk qrupunun həmsədrləri bu gün Fransanın paytaxtı Parisdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşüblər.

Modern.az saytının verdiyi xəbərə görə bu barədə ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik özünün twitter səhifəsində yazıb.  

Amerikalı diplomat qeyd edib ki, görüş zamanı Azərbaycan və Ermənistan prezidentlərinin perspektiv görüşündə müzakirə edəcəkləri mövzular ətrafında fikir mübadiləsi aparılıb.  

Məlumat üçün bildirək ki, həmsədrlər ötən gün Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla da görüşüblər. Ceyms Uorlik bu görüş barədə yazmışdı ki, Ermənistan guya sülhə açıqdır.


Modern.az


Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər