Modern.az

Nazir müavini: "Rayonlardan gələn maşınlar Bakıya buraxılmayacaq”

Nazir müavini: "Rayonlardan gələn maşınlar Bakıya buraxılmayacaq”

Təhsil

13 May 2015, 17:14

“Bakıda keçiriləcək Birinci Avropa Oyunları vaxtı və bu ərəfədə narahatlıq doğuran məsələlərdən biri də nəqliyyat vasitələrinin parkinq edilməsi və tıxaclarla bağlıdır”. APA TV-nin xəbərinə görə, bu fikirləri daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov bildirib.
 
Onun sözlərinə görə, Avropa Oyunları vaxtı müəyyən yerlərdə tıxaclar yarana bilər, lakin bunun qarşısını almaq üçün ciddi addımlar atılır.
 
“Buna görə də ancaq ərzaq, yanacaq məhsulları kimi strateji məhsulların daşınması üçün xüsusi icazəsi olan yük maşınları şəhərə buraxılacaq. Minik avtomobillərinə gəlincə, biz Bakıdakı bütün sürücülərə, bütün vətəndaşlara müraciət edirik ki, tıxacda, günün altında saatlarla qalmamaq üçün minik maşınlarından maksimim az istifadə etsinlər. İyun ayı belə olacaq və indidən bu işə qoşulsalar, özlərini sınaqdan keçirsələr, yaxşı olar”.
 
Nazir müavini rayonlardan gələn nəqliyyat vasitələrinin günün müxtəlif vaxtlarında paytaxta buraxılmayacağını da bildirib: "Rayonlardan Bakıya gəlmək istəyən sürücülərə müraciət edirəm. Onların şəhərə daxil olması müəyyən vaxtlarda mümkün olmayacaq. Ona görə də bəri başdan ictimai nəqliyyata uyğunlaşsalar, yaxşı olar. Biz şəhərin kənarında yerlər də təşkil edəcəyik ki, maşınlarını saxlasınlar və ictimai nəqliyyatla mərkəzə gəlsinlər".
 
Tövsiyə edilən qaydaları pozan avtomobil sürücülərinin dərhal inzibati cəzalandırılacağını deyən Oruc Zalov bildirib ki, bunun üçün Dövlət Yol Polisinin evakuatorları 24 saat xidmət göstərəcək.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı