Modern.az

Müasir Azərbaycan dövlətinin banisi

Müasir Azərbaycan dövlətinin banisi

13 May 2015, 20:20

Azərbaycanın çağdaş tarixi dahi siyasətçi, böyük dövlət xadimi, Ümummilli liderimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev bəşəriyyətin ən böyük şəxsiyyətlərindəndir. Heydər Əliyev ölkəmizə rəhbərliyinin bütün mərhələlərində Azərbaycan xalqına sonsuz məhəbbət və sədaqət hissi ilə, qurub-yaratmaq amalı ilə yaşamışdır. Özünün zəngin və mənalı həyatı boyu daim xalqını, doğma vətənini düşünmüş, onu üzləşdiyi çətinliklərdən xilas etmək üçün fədakarlıqlar göstərmişdir.

Bu gün müstəqil Azərbaycan dövlətinin yaşaması, qüdrətli bir ölkə kimi təşəkkülü üçün Ulu öndər  Heydər Əliyevə borcluyuq. Bu gün əminliklə demək olar ki, Azərbaycanın siyasi suverenliyinin, iqtisadi müstəqilliyinin əsası məhz 70-80-ci illərdə qoyulmuş möhkəm təmələ, güclü intellektual və iqtisadi potensiala söykənir. Bu potensial müstəqillik illərində də möhkəmlənmiş, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına güclü təkan vermişdir.

“1993-cü ildə xalqımızın təkidli tələbi, xilaskar missiyası ilə Azərbaycana qayıdan Ümummilli liderimiz Heydər Əliyev müstəqilliyimizi nəinki qoruyub saxladı, onu dönməz və əbədi etdi. Ölkədə hökm sürən xaosun, özbaşınalığın, dövlət çevrilişi cəhdlərinin qarşısı birdəfəlik alındı, qanunsuz silahlı dəstələr zərərsizləşdirildi, respublikada sabitlik mühiti bərqərar oldu. Beləliklə, Azərbaycanda demokratik, hüquqi, dünyəvi və vətəndaş cəmiyyəti quruculuğunun əsası qoyuldu.

Ölkəmizin hər bir yerində, bütün sahələrdə Ulu Öndərin quruculuq fəaliyyətinin silinməz izləri var. Azərbaycanda qısa bir zaman kəsiyində hökm sürən iqtisadi tənəzzülün qarşısını alan Heydər Əliyev respublikanın davamlı inkişafı istiqamətində islahatlar həyata keçirdi. 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanmasına nail olmaqla Azərbaycanın bugünkü və gələcək uğurlarının möhkəm bünövrəsini qoydu.

Milli neft strategiyası və Qədim İpək Yolunun bərpası konsepsiyası ulu öndərimizin yalnız Azərbaycan xalqı üçün deyil, həm də bəşəri xidmətlərindəndir. Heydər Əliyevin adı və şərəfli həyatı öz Vətəninə, xalqına məhəbbətin təkrarsız təcəssümü, millətə xidmətin əsl nümunəsi kimi daim yaşayacaq, Azərbaycanın indiki və gələcək nəsillərinə əbədi örnək olacaqdır. Biz hamımız bu gün böyük qürur hissi ilə qeyd edirik ki, müstəqil Azərbaycan dövləti ulu öndərimizin şah əsəridir, onun öz xalqı qarşısında əvəzsiz tarixi xidmətidir.

Ümummilli lider Heydər Əliyev müəyyənləşdirdiyi milli inkişaf kursunu özündən sonra inamla davam etdirə biləcək layiqli siyasi varis yetişdirmişdir.

Möhtərəm Prezidentimiz İlham Əliyev ulu öndərin siyasi kursunu qloballaşan dünyanın tələblərinə uyğun olaraq yeni məzmun və keyfiyyətdə uğurla davam etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımız tarixi nailiyyətlərə imza atır. “Mən hər bir azərbaycanlının Prezidenti olacağam”,–deyən cənab İlham Əliyev doğrudan da hər bir azərbaycanlının prezidentinə çevrildi. Bu gün İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz dünya birliyində layiqli yerini tutub.

Ölkəmiz iqtisadiyyatın artım tempinə görə dünya birliyində layiqli yerini tutub.  Ümummilli lider Heydər Əliyevin uzun illər apardığı düşünülmüş siyasi kursun  möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi bu gün respublikamızı, sözün həqiqi mənasında, beynəlxalq aləmdə söz sahibinə çevirir və mövqelərini daha da möhkəmləndirib.

Azərbaycan dünyanın ən nüfuzlu təşkilatlarının üzvü olması, həmin qurumların işində çox fəal rol oynaması və götürdüyü öhdəlikləri ləyaqətlə yerinə yetirməsi dövlətimizin başçısının həyata keçirdiyi uğurlu strategiyanın məntiqi nəticəsidir.  Bu gün Azərbaycan bölgədə ən yüksək mövqelərə malik olan bir ölkədir və qısa müddət ərzində dünyanın ən inkişaf etmiş dövlətləri sırasına qoşulmaqdadır.

Məhz I Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmiz üçün, ümumiyyətlə, bütün Avropa Olimpiya hərəkatı üçün tarixi hadisədir. Avropa Olimpiya Komitəsi tərəfindən bu qərarın qəbul edilməsi bu vaxta qədər respublikamızda nüfuzlu qurumların öz tədbirlərini keçirməsilə yanaşı, çoxsaylı idman yarışlarının, Avropa və dünya çempionatlarının yüksək səviyyədə təşkil olunması, idmançılarımızın beynəlxalq yarışlarda əldə etdikləri nailiyyətlər, ümumilikdə, Azərbaycanda idman sahəsində görülmüş işlər böyük rol oynamışdır. Bu mötəbər tədbiirn yüksək səviyyədə keçirililəcəyinə Təşkilat Komitəsi təsis olunanda hər birimizdə böyük inam yaranmışdı.

Çünki ölkəmizin birinçi xanımı Mehriban xanım Əliyevanın təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Heydər Əliyev Fondunun təkcə Azərbaycanda deyil, eləcə də beynəlxalq aləmdə həyata keçirdiyi layihələr dünya birliyində böyük əks-səda doğurmuşdur. Hazırda regionun lider dövlətinə və dünya birliyində söz sahibinə çevrilən Azərbaycanın sürətli inkişafı, beynəlxalq aləmdə yüksələn reytinqi, getdikcə möhkəmlənən mövqeyi, mövcud ictimai-siyasi sabitlik ölkəmizin bu mötəbər tədbirə uğurla ev sahibliyi edəcəyinə tam əminlik yaratmışdır. 

Şəmşir Şəmşirli,

Xarici İşlər Nazirliyinin əməkdaşı

 
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi