Modern.az

Qulu Məhərrəmli 45-ci dairədən deputatlığa namizədliyini verir

Qulu Məhərrəmli 45-ci dairədən deputatlığa namizədliyini verir

27 Sentyabr 2010, 14:53

Daha bir media təmsilçisi, tanınmış telejurnalist prof. Qulu Məhərrəmlinin də deputatlığa namizədliyini irəli sürmək qərarına gəlidiyi bildirilir. Bu barədə Modern.az saytına Q.Məhərrəmlinin səlahiyyətli nümayəndəsi, hüquqşünas Vüqar Muradlı məlumat verib.
Onun bildirdiyinə görə, Q.Məhərrəmliyə bir neçə yerdən, o cümlədən 125 saylı Zəngilan-Qubadlı dairəsindən namizədliyini vermək təklif olunmuşdu. Lakin professorun tanınmış hüquqşünaslardan ibarət seçki qərargahlarının üzvləri 45-ci dairənin (Abşeron rayonu) seçilməsini məqsədəuyğun sayıb.  

Ötən parlament seçkilərində adı çəkilən dairədən Milli Məclisin indiki sədri Oqtay Əsədov deputat seçilmişdi. Hazırda həmin dairədə 10-a yaxın şəxs, o cümlədən YAP və AXCP-Müsavat blokunun namizədləri, həmçinin AZTV sədri Arif Alışanovun namizədliyi qeydə alınıb. Bütün hallarda Qulu Məhərrəmli kimi nüfuzlu ziyalının seçkiyə qatılması həmin dairədə maraqlı mübarizənin gedəcəyindən xəbər verir.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir