Arxiv
10 İyun 2015, 14:17 | FOTOSÖHBƏT
Xalq artisti Ramiz Novruzla FOTOSÖHBƏT

1974-cü ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rejissor Adil İsgəndərovun rəhbərlik etdiyi kursda təhsil alaraq oranı 1978-ci ildə bitirib.

Təyinatla H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına göndərilib.

O, 1981-ci ildə Azərbaycan Akademik Milli Dram Teatrının truppasına daxil olub.

Elə ilk günlərdən kollektivdə hazırlanan tamaşalarda ona irihəcimli və mürəkkəb xarakterli rollar tapşırılıb. Akademik teatrda aşağıdakı rollarda oynayıb: Seyton ("Maqbet", Şekspir), Edmund ("Kral Lir", Şekspir), Kreon ("Medeya", J.Anuy), İbn Yəmin ("İblis", Hüseyn Cavid), Sisyanov və Kərbəlayi Xan ("Hökmdar və qızı", İlyas Əfəndiyev).

H.Cavidin "Topal Teymur" (Divanbəy), L.Tolstoyun "Kreyser sonatası"(Musiqi müəllimi), V.Şekspirin "Antoni və Kleopatra"(Antonio), O.Kamalın "Dodaqdan qəlbə"(Kənan bəy), "Yad qızı"(Nihad) və s. maraqlı rollar oynayıb.

Ailəlidir, iki oğlu və bir qızı var.


Bu şəkli tapanda uşaq kimi sevinmişdim. Çünki yeniyetməlik illərimdən yeganə şəklimdir. Burda 9-cu sinifdə oxuyuram və yadımda qalan maraqlı bir hadisə o idi ki, müəlliməmiz bizə "Kim  olmaq istəyirsən" adlı inşa yazdırırdı, mən də aktyor olmaq istədiyimi yazmışdım. Bu inşadan sonra hətta kimya, riyaziyyat müəllimlərim də məndən "əl çəkdilər". Çünki mənim həvəsimin tamamilə başqa istiqamətdə olduğunu gördülər.


Ən sevdiyim şəkillərimdən biridir. Şəkillər keçmişimizdən bizə qalan ən gözəl xatirədir...

Tələbəlik vaxtlarımız Sovet dövrünə təsadüf etmişdi. O zaman Sumqayıtda  "mayofka" keçirirdilər. Bəxtiyar Xanızadə də etməyib tənbəllik mənim çiyinlərimə çıxıb. Çox maraqlı insandır və yaxşı münasibətlərimiz var.

İlk fotosessiyam və mənim ən sevdiyim, xoşuma gələn şəklim. Özümü belə uğurlu heç yerdə görməmişəm.  

Bu, "Həzi Aslanov" filminin fotosınaq çəkilişləri zamanı çəkilib. Burda həm də formanın mənə yaraşıb, yaraşmadığını bilmək istəyirdik.

Əsgərlik illərində gürcü yoldaşlarımla bir arada... Serjant olduğuma görə deyil, ümumiyyətlə onlar mənə çox hörmət edirdilər.  O  vaxtlar siqaret çəkmirdim, bir gün mənə dedilər ki, bilirsən siqaret çəkmək sənə necə yaraşır. Onların bu qədər təkidlərinə baxmayaraq, mən yenə də siqaret çəkmədim. Amma Sumqayıt  Teatrında artıq siqaretin dadını bildim. 


Mən əsgərlikdə bölmə komandiri idim. O zaman da yeni gələn gənclər məndən xahiş etdilər ki, bir yerdə şəklimiz olsun. Düzü,  məndə bir az fəxr hissi keçirdim ki, mənə belə hörmət edirlər. Bu şəkil də komsomol otağında çəkilib.

Bu şəkil əsgərliyi bitirəndən sonra zabit kurslarına qəbul olunduğum vaxtlarda çəkilib.

Əsgərliyi bitirəndən sonra dostlarla bir arada...

Əsgərlikdən gələn kimi ilk arzum o idi ki, qızımı bulvara aparacam. Qızım Şəfəq də bu şəklimizi çox bəyənir.  Çünki burda mən də çox yaraşıqlı düşmüşəm.  



Teatrda rəhmətlik Telman Adıgözəlovla... Bu şəkil teatrda yeni işə başladığımız vaxtlarda çəkilib. Cahan Əfruzun yazdığı  komediyaya oynamışdıq. Bir dəfə maraqlı hadisə olmuşdu. Telman tamaşaya  gecikməmək üçün taksi ilə gəlmişdi. Taksi sürücüsü sonra Telmanı qaytarıb aparacağına görə məcbur olub sonacan tamaşanı izləmişdi. Tamaşanı o qədər bəyənmişdi ki, növbəti tamaşada gördük ki, zal taksi sürücülüərilə dolub.


"Həzi Aslanov" filminin Amurda Ulukan qəsəbəsində ümumittifaq premyerası olmuşdu. Bu da Azərbaycan filmi üçün nadir hadisələrdən biri idi. Biz də burda güllü-çiçəkli Azərbaycan ab-havası yaratmaq istəyirdik.

 

Mən əsgərlik çəkdiyim zaman  Şəfəq qızımın 1 yaşı olması münasibətilə şəklini çəkib göndərmişdilər. 

Qaxın İlisu kəndində “Qorxma mən səninləyəm” filminin çəkilişləri zamanı.

“Qorxma mən səninləyəm” filminə görə saqqal saxlayırdıq. Filmin çəkilişləri bitəndən sonra dedim ki, gedim Bakıda bir şəkil çəkdirim, sonra üzümü təmizləyərəm.

Türkiyədə Mikayıl Mirzə ilə... Getdiyimiz tədbirdə Mikayıl Mirzə Rüstəm Behrudinin və Məmməd Arazın şeirlərini   səsləndirmişdi və bütün zal “Allah bu nə fəlakətmiş, bu bir fəlakətmiş ya!“ deyərək onu ayaqda alqışlamışdılar.

Yaxşıki o vaxt "Kinoklub"lar oldu və mən bu şəkilləri indiyə qədər qoruyub saxlaya bilmişəm. Mən də Nəsibə xanımı canlı olaraq gördüm və  birlikdə şəkil çəkdirdik. Nəsibə Zeynalova bizim çox böyük sənətkarımız idi. O vaxt Nəsibə xanım ilk dəfə bizə etiraf etdi ki, onun ən çox oynamaq istədiyi rol əslində Ostrovskinin "Tufan" əsərində Kabanera faciəli qadın rolu imiş...  Ömrü vəfa etsəydi, inanıram ki Nəsibə xanım bunu da bacarardı... Allah böyük sənətkarımıza rəhmət eləsin...

 Rəhmətlik Mirzə Babayev və Brilliant Dadaşova ilə "Kinoklub" çəkilişləri zamanı...

Nazpəri xanımla Yeni il gecəsi çəkilmiş şəkildi. O dövrdə heç bir peşəkar aktyor klipə çəkilməmişdi. Bu riski ilk dəfə mən etdim. O vaxt dostumuz Rövşən İsaq məni "yoldan çıxartdı". Nazpəri xanımın ilk səhnəyə çıxdığı vaxtlar, bu kliplə mahnı yenidən parladı. 

Bu şəklin çox böyük tarixçəsi var. Toyların birində Məmməd Araz da orda idi. Məmmədbağır Bağırzadə toyu ifa edirdi. Gördüm ki, şəkil çəkdirirlər tez gəldim ki, mənim də böyük şairimiz Məmməd Arazla şəklim olsun. Mən burda “Bir taleyin oyununda cütlənmiş zərik, Yüz il qoşa atılsaq da, qoşa düşmərik” şeirindən misralar səsləndirdim. Məmməd Araz dayanıb mənə baxdı. Yanımda bir nəfər mənə dedi ki, “Ramiz müəllim, yox, siz bu dəfə tutuzdurdunuz”.

Yaltada “Xəcalət tamaşı”nı festivalda oynadıq. Daha sonra Serbiyada,  Moldovada bu tamaşa “qızıl gözlü ilahə” mükafatına layiq görüldü. Belqradda bu tamaşa birinci yerə layiq görüləndə orda deyirdilər ki, serbiyalı gənc Qarabağ mövzusunu, anlayışını hardan bilsin... Amma sonda onların ağlayaraq ayağa qalxıb əl çalmaları bizi heyrətləndiridi. Bakıda bu tamaşanın səhnədə oynadığımız zaman  Çingiz Aytmatov özü səhnəyə çıxıb "4-5 nəfərin iki saatdan çox bütün tamaşaçıları özlərinə bağlı şəklidə saxlamaları böyük bir iş və məsuliyyət tələb edir" dedi.

Bu şəkil pyesimin premyerası zamanı çəkilib. Rəhmətlik Yaşar Nuri pyesi bəyəndiyini deyir və mənə uğurlar arzu edir.  Bu pyesin mənim üçün ən böyük uğuru o oldu ki, 10 ilə yaxın Qarabağ haqqında yazılan cılız pyeslərin qarşısını kəsdi. Mən hər zaman deyirəm ki, Qarabağ haqqında yaxşı pyeslər yazılmalıdı, yoxsa yazmaq xatirinə yazmamalıyıq.

Sabir Rüstəmxanlı mənim pyesimə baxmağa gəlmişdi və deyim ki, çox bəyənmişdi. Burda maraqlı bir şey yaşandı, Sabir müəllim səhnəyə tərəfə gələndə mən elə bildim ki, gül dəstəsini yanımda dayanan Nurəddin Mehdixanlıya verəcək. Çünki onunla yaxın dost idi. Sonra gördüm ki, əli ilə mənə işarə edir. Mən də tez qabağa getdim və gül dəstəsini mənə verərək çox sağol dedi. Bundan sonra da yazmağımı, səhnəmizin belə pyeslərə ehtiyacı olduğunu söylədi.

“Cavad xan” filminin premyerasından sonra çəkilib. Sabir Rüstəmxanlı, Qənirə Paşayeva, Tənzilə xanım və mən.

Gülyaz və Gülyanaq xanımlarla bir arada.  Deyirəm getdikcə də cavanlaşıram. 

Sənətinə hörmət etdiyim, ədəbi kamilliyə can atan bir insan - Fidan Qasımova. Mən xahiş etdim ki, "sizinlə şəkil çəkdirə bilərəm?" Fidan xanım da sağ olsun, təklifimi qəbul etdi və mənə tamaşalarımı izlədiyini dedi.

Gözəl xanımlar- Suqra Bağırzadə və Gülyanaq Məmmədova ilə.

Mən Firəngiz xanıma həmişə teatrımızın “Xarı bülbülü” deyirəm.

Həyat yoldaşımdır? Özüm də tanıya bilmədim o vaxt belə imiş? Bu şəkil heç rastıma çıxmayıb. Görsəm çoxdan atmışdım.  

Yoldaşımla Telman Adıgözəlovun oğlunun toy mərasimindəyik. Baxın, burda deyərəm hə. (gülür)

Nəvələr nənəsi ilə...

   

Nəvələr evimizin bəzəyidir..  

Ailə üzvlərimizlə bir yerdə.Yəqin arzulamışıq ki,  toyda bir yerdə şəklimiz olsun.
 

Pərvin Arzuqızı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Daha bir ölkə Türkiyəyə silah satışını dayandırdı 16 Oktyabr 2019, 00:34 Paşinyan Qarabağı geri qaytarmağa hazırdır - Generaldan şok açıqlama 16 Oktyabr 2019, 00:21 Suriyada 611 terrorçu məhv edilib 16 Oktyabr 2019, 00:04 Bakıda qadınlar arasında əlbəyaxa dava  15 Oktyabr 2019, 23:49 Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar 15 Oktyabr 2019, 23:30 Zəngəzurun Ermənistana verilməsi... 15 Oktyabr 2019, 23:16 Koreya rəsmisi Azərbaycana gəldi 15 Oktyabr 2019, 22:59 Bakıda marşrut avtobusu piyada qadını vurdu 15 Oktyabr 2019, 22:38 Nazir Avropa İttifaqı ilə əməkdaşlığı müzakirə etdi 15 Oktyabr 2019, 22:23 Gürcüstanda zəlzələ oldu 15 Oktyabr 2019, 22:04 Azərbaycan - İsveçrə oyununda yanğın 15 Oktyabr 2019, 21:44 Türkiyə ordusu Suriyada iki şəhid verdi - FOTO 15 Oktyabr 2019, 21:29 Leyla Əliyeva görkəmli şair Andrey Dementiyevin xatirəsinə həsr edilən tədbirdə - FOTO 15 Oktyabr 2019, 21:12 Ramil Usubov təhlükəsizlik məsələlərini müzakirə etdi 15 Oktyabr 2019, 20:57 Azay Quliyev seçicilərini qəbul edib - FOTO 15 Oktyabr 2019, 20:43 Prezident 2019-cu ilin 9 ayının sosial-iqtisadi yekunları ilə bağlı müşavirə keçirdi 15 Oktyabr 2019, 20:28 Hərbi helikopter qəzaya uğrayıb 15 Oktyabr 2019, 20:15 Yasamalda ağac qırılıb avtobus dayanacağına düşdü: Yaralılar var 15 Oktyabr 2019, 20:02 Azərbaycan millisi San Marinonu məğlub edib 15 Oktyabr 2019, 19:52 Azərbaycan Rusiyaya NOTA verib 15 Oktyabr 2019, 19:20 Nəsimidə ikimərtəbəli ev yanıb 15 Oktyabr 2019, 19:03 Rövşən Rzayev vətəndaşları qəbul etdi 15 Oktyabr 2019, 18:59 Ceyhun Bayramov dünya çempionu olan məktəbli ilə görüşüb 15 Oktyabr 2019, 18:57 Əli Əhmədov: “Bu günə qədər 300 minə qədər köçkün mənzillə təmin olunub” 15 Oktyabr 2019, 18:46 Deputat: “Bu görüş tarixi əhəmiyyətə malikdir” 15 Oktyabr 2019, 18:43 ƏDV nə zaman qaytarılacaq? - RƏSMİ 15 Oktyabr 2019, 18:33 Ərdoğan Bakıdan getdi - FOTO 15 Oktyabr 2019, 18:19 Ərdoğanın “bir millət, altı dövlət” fikri alqışlandı: “Qardaşların bir arada olması hamını güclü edər” 15 Oktyabr 2019, 18:09 “Volkswagen” Türkiyədə avtomobil zavodunun tikintisindən imtina etdi 15 Oktyabr 2019, 17:48 Bir neçə məktəb direktorunun işi məhkəmədədir” - Nazir müavini 15 Oktyabr 2019, 17:45 Azərbaycanın kəndli qadınları - 15 oktyabr onların GÜNÜDÜR 15 Oktyabr 2019, 17:40 Goranboy bu məhsulun tədarükünə görə ilk sıralardadı   15 Oktyabr 2019, 17:39 Binəqədidə “Qarabağ Azərbaycandır və nida işarəsi” adlı tədbir keçirildi 15 Oktyabr 2019, 17:37 Bu şəkilə görə İstanbul Çempionlar Liqasının finalından məhrum ola bilər - FOTO 15 Oktyabr 2019, 17:31 Mehriban Əliyeva akademikin yasına gəldi - FOTOLAR 15 Oktyabr 2019, 17:26