Arxiv
3 Avqust 2015, 09:35 | FOTOSÖHBƏT
Bəhram Bağırzadə ilə FOTOSÖHBƏT

Modern.az saytı "Bakılı Oğlanlar" Şən və Hazırcavablar Komandasının (ŞHK) üzvü, şoumen Bəhram Bağırzadə ilə FOTOSÖHBƏT layihəsini təqdim edir. 

Bəhram Arif oğlu Bağırzadə 1972-ci il sentyabrın 4-də Bakıda ziyalı ailəsində anadan olub. 1979-1989-cu illərdə Bakı şəhəri 189 saylı məktəbdə oxuyub. 1989-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutuna qəbul olunub və 1994-cü ildə həmin institutu bitirib. İxtisası isə teatr rejissorudur.

1991-ci ildən "Bakılı oğlanlar" ŞHK-nin üzvüdür.

1992-ci ildən karikatura çəkir, karikaturaları "Kirpi" satirik jurnalında çap olunub. Respublikada keçirilən bir çox sərgilərin iştirakçısıdır.

Bakıda fərdi sərgisi açılıb. 2004-cü ildən "Qalareya" jurnalının naşiridir. Bağırzadənin tanınmasında müstəsna rolu Şən və Hazırcavablar Klubu yarışlarında " "Bakılı Oğlanlar" komandasında çıxışları olub. Onun iştirak etdiyi bu komanda MDB məkanında 1992, 1993-cü illərdə çempion, 1995-ci ildə keçirilən yay kubokunun və 20-ci əsrin ən yaxşı komandaları sırasında birinci olub.

2006-cı ildən Azərbaycan «Karikaturaçı Rəssamlar Birliyi»nin üzvüdür. FECO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan qrupunun üzvüdür. 2006-cı ildən "Planet Parni iz Baku" KVN Teatrının aktyorudur. "Qorod" jurnalının naşiridir.

Bəhram Bağırzadə 2012-ci il aprelin 26-da Kitab nominasıyasında "Humay" milli mükafatına layiq görülüb. 

Ailəlidir, iki övladı var.


 Atam və anam ilə. Burda yeni anadan olmuşam.


Xalam oğlanları ilə. Biz belə bir şəkli 40 ildən sonra da çəkdirdik.

 

Rəhmətlik əmim ilə. Ən sevdiyim əmilərimdən idi. O vaxt tapdıqca məni kinoya aparardı. Bu şəkili də elə filmə baxıb çıxdıqdan sonra çəkdimişik.


Bu şəkil "Zabitlər bağı"nda çəklib. Mən uşaqlıqdan futbolu sevmişəm. "Neftçi"nin azarkeşidi, gedib "Zabitlər bağı"nda şəkli çəkdirib.

 

Uşaqlıqdan Zeynəb Xanlarovanın pərəstişkarıyam. Və 30 ildən sonra Allah mənə Zeynəb xanımın özü ilə canlı şəkil çəkdriməyi qismət etdi.

 

Keçmiş Basin küçəsində çəkilib. Velosipedin adı da "Ukraina"dı.


Bacımla velosiped sürürük.

 

Başımda gördüyünüz papağı atam mənim üçün tikdirmişdi. Həmişə deyirdi ki, kişinin başında papağı olmalıdır.

 

1980-81-ci illər. 189 saylı məktəbdə. Mən indiyə kimi də sinif yoldaşlarımla görüşürəm. May ayında bizə icazə vermişdilər ki, sərbəst geyimdə şəkil çəkdirək.

 

Həvəskar kimi gənc yaşlarımda boksla da məşğul olurdum. O vaxt Rauf Cabbarov mənə dedi ki, gəl səninlə məşq edək, nə vaxtsa lazımın olar.

 

1995-ci il sentyabrın axırları. Anar Məmmədxanov, Ənvər Mansurov və Teymur Vanşteyn ilə birlikdə "KVN kuboku" qazandığımıza görə sevinirik.

 

Məhlə uşaqları 25 ildən sonra yenidən görüşdük. Sağ tərəfdəki oğlan  indi İsraildə yaşayır. Onların hamısı yüksək vəzifə sahibləridir. 

 

1996-cı ildə KVN komandasının yubileylərindən birində Heydər Əliyevlə xatirə şəkli...

 

 Uşaqlarla qələbə sevincimizi paylaşırıq.

Aleksandr Abdulovla - görkəmli rus aktyoru ilə.


Yazıçılar Birliyinin katibi və "Neftçi" futbol klubunun prezidenti Çingiz Abdullayevlə. Mən fəxr edirəm ki, Çingiz müəllim kimi bir insanla çalışıram.


Məşhur fransız futbolçusu Mişel Platini ilə. Mən uşaqlıqda futbol oynadığım zaman onun fəndlərini etməyə çalışmışam. Və qismət oldu ki, 10 il sonra Platini bizim məktəbə gəldi və mən onunla şəkil çəkdirdim. Görüşümüz zamanı mən bu haqda özünə danışdım. 

 

Məkkədə Həcc ziyarəti zamanı...


Rəhmətlik atamla. Yuxarıdakı çəkil 1974-cü ildə çəkilib. Aşağıdakı şəkil 2004-cü ildə... Bu dəfə mən atamı apardım Heydər Əliyev Sarayının qarşısına ki, gedək orda şəkil çəkdirək. 

 

Müslüm Maqomayev dövrünün dahi şəxsiyyət idi...

 

Bu şəkil Latviyada çəklib. Atı görüncə türkəm deyib, qalxdım at belinə, belə bir şəkil alındı.

 
  Dünya şöhrətli tanınmış rəssam Tahir Salahovla... Mən belə bir insanı tanıdığıma görə çox şanslıyam.

2007-ci ildə Səttar Bəhlulzadə adına bədii rəsm qalereyisında atamla sərgimiz oldu. Baxmayaraq ki, atam polis polkovniki idi, arada rəsmlər də çəkirdi. Mən də atama baxıb hərdən cızma-qaralar edirdim.

 

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu filmdə tərəf müqabili idik.

Pərvin ARZUQIZI

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Almaniyada insanlara bıçaqla hücum: 2 ölü 18 Avqust 2019, 22:43 “Səbail”  “Zirə”ni məğlub etdi 18 Avqust 2019, 22:17 İsgəndər Həmidovun məhkəməsində çıxış əvəzi LƏTİFƏ  18 Avqust 2019, 22:03 Azərbaycan güləşçisi erməniyə qalib gəldi 18 Avqust 2019, 21:38 Futbolda qanlı olay: 3 nəfər öldü 18 Avqust 2019, 21:19 Türkiyədə terrorda şübhəli bilinən 10 nəfər saxlanıldı 18 Avqust 2019, 21:01 "Düşmənin fəaliyyəti müxtəlif kalibrli silahların nişangahı altındadır" - Müdafiə Nazirliyi 18 Avqust 2019, 20:44 Xarici İşlər Nazirliyindən Sudana təbrik 18 Avqust 2019, 20:30 Vilayət Eyvazov iki rayona rəis təyin etdi 18 Avqust 2019, 20:17 Yanğın 15 min evi külə döndərdi: 50 min insan küçələrdə qaldı - VİDEO 18 Avqust 2019, 20:01 Bakıda intiharın qarşısı alındı 18 Avqust 2019, 18:02 Qənirə Paşayeva afrikalı siyasətçilərə köçkün qadınlardan danışıb    18 Avqust 2019, 17:30 DİM dövlət qulluğuna qəbul imtahanının nəticələrini açıqladı 18 Avqust 2019, 17:23 Ordumuz düşməni nişangah altında saxlayır - Müdafiə Nazirliyi 18 Avqust 2019, 17:08 “İsgəndər Həmidovu ölüm cəzası gözləyirdi” - Sabiq nazirin vəkili DANIŞDI 18 Avqust 2019, 16:28 Mehriban Əliyevadan şəhidlərə böyük ehtiram - FOTOLAR 18 Avqust 2019, 15:58 Əxlaqsız qadınların Bakıdan Dubaya axını azalıb - SƏBƏBLƏR 18 Avqust 2019, 14:56 “Linfild”-“Qarabağ” oyununun hakimləri bəlli oldu 18 Avqust 2019, 14:32 Şeyxülislamın 40 ildə imza atdığı İLKLƏR - Qorbaçovu rüsvay edib, vəhdət namazı qıldırıb, imam üçün qan verib... 18 Avqust 2019, 14:03 Şair Oqtay Rza vəfat etdi 18 Avqust 2019, 13:38 Oğlunu, arvadını və qayınanasını yandıran şəxs tutuldu – RƏSMİ 18 Avqust 2019, 13:30 Şəmkirdəki yanğının TƏFƏRRÜATI – Ata evə od vurdu, oğlu öldü, arvadı yandı... 18 Avqust 2019, 12:57 Sabah 39 dərəcəyə qədər isti olacaq - PROQNOZ 18 Avqust 2019, 12:31 Tanınmış jurnalist nazirə müraciət etdi: “Torqovı” biabırçılıqdı... 18 Avqust 2019, 12:16 İslam təslimiyyət kimi - Ağalar Qutun YAZISI 18 Avqust 2019, 11:57 Bakıda 66 yaşlı qadın ölümdən xilas edildi 18 Avqust 2019, 11:30 Azərbaycan Sərhəd Mühafizəsinin 100 yaşı tamam olub 18 Avqust 2019, 11:20 Bir şəklin tarixçəsi: Milli Ordumuz Xankəndinə girməyə hazırlaşırdı - FOTO 18 Avqust 2019, 11:01 Bakıda ağırçəkili sakini 8-ci mərtəbədən kranla düşürdülər 18 Avqust 2019, 10:58 Şəmkirdə dəhşətli YANĞIN: körpə öldü, ana və nənə xəsarət aldı - YENİLƏNİB 18 Avqust 2019, 10:55 Toyda partlayış – ölü sayı 60-ı ötdü 18 Avqust 2019, 10:02 Neftaçalada 24 yaşlı oğlan özünü asdı 18 Avqust 2019, 09:58 Ermənistan atəşkəsi 21 dəfə pozdu 18 Avqust 2019, 09:41 Bu gün dövlət qulluğuna qəbul imtahanı keçirilir 18 Avqust 2019, 09:39 “Ögey ana”da başlayıb “Fəryad”la bitən tale - Ceyhun Mirzəyevə sui-qəsd… 18 Avqust 2019, 09:17