Modern.az

Bağçalı: “AKP-CHP koalisiya hökuməti bu həftə ərzində mütləq qurulmalıdır”

 Bağçalı: “AKP-CHP koalisiya hökuməti bu həftə ərzində mütləq qurulmalıdır”

Dünya

10 Avqust 2015, 21:12

 

Miliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Ədalət və İnkişaf Partiyası (AKP)  ilə Cümhuriyyət Xalq Partiyası (CHP) arasında aparılan koalisiya danışıqlarına dair yazılı bəyanat verib. Modern.az-ın Türkiyə KİV-nə istinadən
verdiyi xəbərə görə, koalisiya hökumətinin gecikmədən qurulmasının lazım olduğunu vurğulayan Bağçalı deyib: “AKP və CHP koalisiya hökuməti qurmaq üçün əsassız və içi boş bəhanələrə sığınmaq əvəzinə əməkdaşlıq və tərəfdaşlıq
hüququnu canlandırmalıdır. AKP-CHP koalisiya hökuməti bu həftə ərzində mütləq yaradılmalı, Türkiyə artıq nəfəs almalıdır. Hökumət qurulması üçün lazım olan 13 günlük təqvim müddətini boşa sərf etməməli. AKP ilə CHP rəhbərləri daha çox
vaxt itkisinə yol vermədən koalisiya zəminində bir araya gəlmək üçün fədakrlıq göstərmələri ölkəmiz üçün həyati əhəmiyyətlidir”.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir