Modern.az

Yunanstan xilas olur

  Yunanstan xilas olur

11 Avqust 2015, 21:15

 

Modern.az xəbər verir ki, Yunanıstan və kreditorlar 86 milyard avroluq yeni xilas paketini razılaşdırıb.

Yunanıstan Maliyyə naziri Öklid Çakalatos 23 saat davam edən müzakirələrdən sonra Yunanıstanı xilas edəcək yardım paketi mövzusunda razılığa gəlindiyini, bəzi kiçik detalların isə hələ dəqiqləşdiriləcəyini açıqlayıb.

Yunanıstandan yüksək səlahiyyətli bir şəxs daha əvvəl özəlləşdirmə və ödənməmiş kreditlərlə bağlı maddələr üzərində razılığa gəldiklərini söyləyərək “Nəhayət ağ duman göründü” deyib.

Nazir Yunanstan parlementində qərarın ratifikaiya ediləcəyinə ümid etdiyini bildirib.  

Qeyd edək ki, ölkənin müraciət etdiyi bu 3-cü yardım paketi üzərində avqustun 20-nə qədər razılaşma əldə olunmalı idi. Çünki bu tarixə qədər Yunanstan Avropa Bankına 3,2 milyard avro borcunu ödəməlidir.

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi