Modern.az

Azərbaycanda KİV-in dünya informasiya məkanına çıxışı vəziyyəti necədir?

Azərbaycanda KİV-in dünya informasiya məkanına çıxışı vəziyyəti necədir?

14 Oktyabr 2009, 17:50

Oktyabrın 14-də Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) həyata keçirdiyi “Azərbaycanda KİV-in dünya informasiya məkanına çıxışı vəziyyətinin araşdırılması, beynəlxalq media qurumlarının təcrübəsinin öyrənilməsi və onlarla əməkdaşlıq əlaqələrinin qurulması” layihəsi çərçivəsində dəyirmi masa keçirilib. BAMF-ın mərkəzi ofisinin iclas zalında təşkil olunan dəyirmi masada Azərbaycan mətbuatının mövcud durumu, beynəlxalq təcrübə və əməkdaşlıq əlaqələrinin qurulması ilə bağlı səmərəli müzakirə aparılıb. BAMF-ın proqramlar departamentinin rəhbəri Siyab Məmmədli həyata keçirilən layihə ilə bağlı ətraflı məlumat verib. Mətbuat üzrə ekspert Azər Həsrət Azərbaycanda KİV-in dünya informasiya məkanına çıxışı vəziyyəti, beynəlxalq media qurumları ilə əməkdaşlıq əlaqələri ilə bağlı məruzəsində qarşıda duran vəzifələrdən danışıb. BAMF-ın nümayəndəsi Rey Kərimoğu yerli KİV-lər və media qurumları arasında aparılan sorğu haqqında ümumi məlumat verərək, yekunda nəticələrin təhlil olunacağını bildirib. Prezident yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondu Müşahidə Şurasının üzvü, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli layihənin vacib məsələyə toxunduğunu, beynəlxalq əlaqələrin qurulmasının zəruriliyini vurğulayıb. Müstəqil Araşdırmaçı Jurnalistlər Liqasının rəhbəri Qafar Çaxmaqlı ölkəni beynəlxalq aləmdə bəzən təsadüfi adamların və qurumların təmsil etməsi ilə qarşılaşdığını, ona görə də milli mətbuatın inkişafına dəstək göstərənlərin beynəlxalq əməkdaşlığa cəlb edilməsinin vacibliyini söyləyib. Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə, “Ədalət” qəzetinin təmsilçisi Ceyhun Musaoğlu, “Şərq” qəzetinin redaktoru Rəşad Baxşəliyev və Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Komitəsinin nümayəndəsi Laura Cəbrayıllı beynəlxalq təcrübənin öyrənilməsi, əməkdaşlıq əlaqələrinin qurulması üçün qarşılıqlı səfərlərin təşkilinin əhəmiyyətindən,  bu səfərlərə dövri mətbuatda çalışan jurnalistlərin cəlb olunmasının vacibliyindən söz açıb. Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun nümayəndəsi Arif Ələsgərli dövlətin mətbuata diqqətinin nəticəsi kimi yaradılan Fondun maliyyələşdirdiyi layihələrin mahiyyətindən və layihələrin icrası ilə bağlı ictimaiyyətin məlumatlandırılmasının vacibliyindən danışıb. Tədbirdə Zərdabi Mətbuat Mərkəzi, RUH Jurnalistləri Müdafiə Komitəsi, Demokratik Jurnalistlər Liqası, AzərTAac Dövlət Agentliyi, APA, “Yeni Müsavat” qəzeti, “525-ci qəzet” və digər mətbu orqanların nümayəndələri də iştirak edib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi