Arxiv
18 Sentyabr 2019, 11:33 | MƏDƏNİYYƏT
“Üzeyir Hacıbəylinin adı güllələnəcək şəxslərin siyahısına salınmışdı” - TARİX

18 sentyabr tarixi Azərbaycan musiqi sənətinin banisi, Şərqdə ilk operanın müəllifi Üzeyir bəy Hacıbəylinin doğum günüdür.

Həm bəstəkar, həm jurnalist-publisist, həm də ictimai xadim kimi Azərbaycanın həyatında müstəsna rol oynayan Üzeyir bəyin çoxşaxəli fəaliyyəti bu gün də hamını heyrətləndirir.

Jurnalistika tarixi üzrə araşdırmaçı Nəsiman Yaqublu Modern.az saytına verdiyi kiçik müsahibəsində Üzeyir bəy fəaliyyətini dövrləşdirməklə yanaşı, həm də diqət mərkəzinə onun Azərbaycan milləti və Xalq Cumhuriyyətinə olan sevdasını çıxarır:


“Onun özü musiqi bəstələməklə yanaşı, həm  də qəzet nəşr etdirib”


“Azərbaycanın görkəmli bəstəkarı və mütəfəkkiri, böyük fikir adamı Üzeyir Hacıbəyli təkcə musiqi sahəsində deyil, həm də jurnalistikada, Azərbaycanın ictimai həyatında böyük iş görən şəxsiyyətlərdən biridir. Onun fəaliyyəti əsasən 3 dövrə bölünür: Birinci dövr Çar Rusiyasına, ikinci dövr Azərbaycan Xalq Cumhuriyyətinə, üçüncü dövr isə Sovet dönəminə təsadüf edir.

Birinci dövrdə o, həm jurnalist, həm də bəstəkar kimi yetişib, özünü formalaşdırıb. 1908-ci ilin yanvar ayında “Leyli və Məcnun” operasının tamaşaya qoyulmasından sonra Ü.Hacıbəyli özünü bəstəkar kimi Azərbaycan cəmiyyətinə təqdim edib. Qeyd etmək istəyirəm ki, opera tamaşaya qoyulana qədər o, Qori Müəllimlər Seminariyasında təhsil alıb və bir müddət Qarabağın Hadrut kəndində müəllim işləyib. Onun ilk məqalələri 1904-ci ildən etibarən “Kaspi” qəzetində çap olunub. Qəzetin redaktoru isə Əlimərdan bəy Topçubaşov idi. Yəni, Üzeyir bəy ilk addımlarını kifayət qədər peşəkar kollektivlə atdı. Bir müddətdən sonra isə o, “Tərəqqi”, “İrşad” kimi qəzetlərlə əməkdaşlıq etməyə başladı. Daha sonra isə “Həqiqət” adlı qəzeti özü nəşr etdirdi və onun redaktoru oldu. Bundan sonra isə özünün məşhur opera və operettalarını yazdı. Onlara misal olaraq “Şah Abbas”, “Şeyx Sənan”, “Aşıq Qərib”, “Əsli və Kərəm” , “Ər və arvad”, “O olmasın bu olsun”, “Arşın mal alan” və başqalarını misal göstərmək olar. Beləliklə, yaradıcılığının ikinci dövrünə kimi, yəni AXC dövrünə qədər o, artıq məşhur bəstəkar və jurnalist kimi tanınırdı”.

Cumhuriyyətin süqutundan sonra 18 il heç nə yaza bilmədi”

“Qeyd etməliyik ki, AXC dövründə o “Azərbaycan” qəzetinin baş reaktor əvəzi kimi də çox məhsuldar çalışıb. Qəzetin baş redaktoru Ceyhun Hacıbəyli Versal sülh konfransına gedəndən sonra o, Üzeyir bəy həm baş redaktor əvəzi, həm də parlament müxbiri kimi fəaliyyət göstərib. Parlamentdən çox maraqlı reportajlar hazırlayıb. Bunu deməkdə məqsədim odur ki, Üzeyir bəy 1920-ci ilə qədər, yəni 35 yaşına kimi çox məhsuldar işləyib, 600-dan çox məqalə və felyeton yazıb, 10-dan çox opera və operettalar bəstələyib. Amma 1920-ci ildən (yəni AXC-nin süqutundan sonra) 1937-ci ilə kimi nə bir məqalə yazıb, nə də bir musiqi bəstələyib. Yalnız 1937-ci ildən sonra “Koroğlu” operası ilə bu durğunluğa son verib. Bu fasilədə isə o, yalnız Azərbaycan xalq musiqilərini nota köçürüb, Azərbaycan muğamlarının təsnifatı ilə məşğul olub, Konservatoriyanın, Bəstəkarlar İttifaqının və dövlət xorunun inkişafı istiqamətində çalışıb.
Bunları deməkdə məqsədim odur ki, Üzeyir bəy uzun müddət Sovet rejimini qəbul etməyib, o cümlədən sovet rejimi də onu qəbul etməyib. Üzeyir bəy ruhən millətçi idi. Tənqidçi Mustafa Quliyev onun əsərlərini aşağı səviyyəli “Quba meydanı musiqiləri” adlandırıb. Fikir verin, Üzeyir bəyin bu cür gözəl musiqlərini “milli olmayan zəif bəstələr” adlandırıb.
Sovetin Üzeyir bəyə ikinci təzyiqi isə bir az fərqli idi. Belə ki,  xarici bəstəkarları dəvət edir və bizim musiqiçilərimizə saymazyana münasibət göstərirdilər. Nəticədə isə çox biabırçı sonluq yaranırdı. Bir dəfə isə gülünc doğuran hadisə baş verib. Avropadan guya, nümunə olaraq gətirilən bəstəkar Qlier Üzeyir bəyin qardaşı Zülfüqar Hacıbəylinin “Aşıq Qərib” operasını oğurlayaraq, onu öz adına çıxarıb. Amma o, yalnız operanın adını dəyişib “Şahsənəm” qoymuşdu və qismən də formasını dəyişmişdi. Bu hadisə o zamankı Azərbaycan elitası tərəfindən böyük rişxəndlə qarşılandı. Onlar Üzeyir bəyin qarşısını bu cür almaq istəyirdilər, amma o, bunlara tab gətirdi.

Üzeyir bəy 18 illik fasilədən sonra yenidən səhnəyə çıxdı və möhtəşəm “Koroğlu” operasını yaratdı. O qüvvələr də başa düşdülər ki, Üzeyir Hacıbəylidən kənarda Azərbaycan musiqisi yaratmaq qeyri-mümkündür. Çünki o, elə bir cığır açıb ki, ora ikinci bir şəxsin girməsi mümkün ola bilməzdi. Üzeyir bəy belə bir şəxsiyyət idi”.


Tarixçi alim daha sonra Üzeyir Hacıbəyli və Azərbaycan Xalq Cumhuriyyəti sevgisindən də danışıb. Zaman-zaman bir çox qüvvələr böyük bəstəkarın şəxsiyyətinə və onun ideoloju hislərinə qəti hörmətlə yanaşmayıblar. Onu hətta bolşeviklərə yaxın bir şəxs kimi də dəyərləndiriblər. Amma Nəsiman Yaqublu bunun tam əksinə düşünür:


“Onu qeyd edək ki, Üzeyir bəy Azərbaycan Xalq Cumhuriyyətinə ürəkdən bağlı olub. Bunu onun yazılarında da açıq-aydın hiss etmək olar. Təsadüfi deyil ki, Üzeyir bəy öləndə vaxtilə əqidə dostu olmuş Məhəmməd Əmin Rəsulzadənin bu hadisəyə dair məqalə yazıb. Rəsulzadə məqalədə qeyd edirdi ki, “bu gün Üzeyir bəyin tabutunun başında Sovet komissarları növbə tutsalar da, onu heç vaxt sovetləşdirə bilmədilər. Üzeyir bəy hər zaman milli qaynaqlarımıza söykənən insan olaraq qaldı və həmişə də bizim üçün bu cür insan olaraq xatırlanacaq”.
Onun ölümündən 2 il sonra qardaşı Zülfüqar Hacıbəyli də vəfat etdi. Bu iki insanın ölümü Azərbaycan musiqi mədəniyyəti üçün böyük itki oldu. Amma Üzeyir bəyin qoyub getdiyi musiqi irsi millətçi Azərbaycan gəncinin yetişməsi üçün böyük mənbə idi”.


“Bolşevik rejimi Azərbaycanın bu müstəsna zəkasını da öz diktatorluğu altına aldı”


Tarixçi alim daha sonra Məhəmməd Əmin Rəsulzadənin Üzeyir bəy haqqında yazdığı məqalədən maraqlı sitatlar gətirir. O sitatlarda bir dövrün böyük siyasi  mənzərəsi var:

“Üzeyir bəy universal fəaliyyətə malik bir şəxs idi. O hələ 1907-ci ildə türkcə-rusca və rusca- türkcə siyasi, iqtisadi və hüquqi terminlər lüğəti hazırlamışdı. Həmin kitabın da redaktoru Rəsulzadə idi. Onun Xalq Cumhuriyyətinə sevgisi həddindən artıq böyük idi. Təsadüfi deyil ki, Rəsulzadə 1915-ci ildə “Yeni İqbal” qəzetinin üçüncü sayında yazırdı: “Şübhəsizdir ki, Qafqaz türklərinin sənayesini yazanlar musiqi tarixinə gələndə burada böyük bir səhifə açmalıdırlar və həmin səhifənin başına Üzeyir bəyin fotosunu qoymalıdırlar”.

Rəsulzadə daha sonra Üzeyir bəy haqqında 1952-ci ildə “Azərbaycan” jurnalının ikinci sayında yazırdı: “Başda bir həvəskar olaraq işə başlayan Hacıbəyli sonra özü-özünü yetişdirmiş, musiqi təhsilini tamamlamış, nəticədə sözün Avropa mənası ilə nüfuzunu hər kəsə tanıdan bir bəstəkar olmuşdur. Yazıq ki, bolşevik rejimi Azərbaycanın bu müstəsna zəkasını da öz diktatorluğu altına almış və onun bayağı mənfəətləri üçün sümürdükcə sümürmüş və verdiyi bir qisim rəsmi və siyasi vəzifələrlə onu mənimsəmişdir. Fəqət bihudə dəmir pərdənin arxasında özünə süni marşlar yazdırsa da, Moskvada süni diktatorlar tərəfindən oxşadılsa da, tabutu başında Azərbaycan mənəviyyatı ilə ilgili olmayan komissarlar növbəyə dursa da,  Hacıbəyli Üzeyiri Azərbaycanda azəri-türk tarixindən kimsə ayıra bilməz. O, milli Azərbaycan varlığının dayaqları arasında qalacaq ayrılmaz bir dəyərdir”.


Sonda bir neçə söz...


“Sonda bir söz deyim ki, Hacıbəylinin yaxın bir qohumu var idi Ramazan Xəlilov, onun ev muzeyində işləyirdi. Mən onunla görüşən dedi ki, vaxtilə Üzeyir Hacıbəylinin də adını güllələnə biləcək şəxslər siyahısına daxil etmişdilər. Sadəcə, onun həyat yoldaşı Məleykə xanımın bir qohumu gizli depoda işlədiyi üçün Üzeyir bəyin adını siyahıdan çıxarmışdı. Həm də Üzeyir bəy 1937-ci ildə “Koroğlu” operası ilə Moskvada Azərbaycan mədəniyyəti günlərində çıxış edərkən Stalin də onu izləmişdi. Stalin hələ Bakıda olan vaxtlarda Üzeyir bəyin adını eşitmişdi. “Koroğlu”operasından sonra isə onu ziyafətə dəvət edir və əlini Üzeyir bəyin çiyninə qoyaraq onu tərfiləyir. Yəni bu amil də onu repressiyadan xilas edir”.


Elmin NURİ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
72 yaşlı qələm adamı: “Doğulduğum günü xatırlamasam da, əzablı gün olduğuna əminəm...” 15 Dekabr 2019, 11:08 Yıxılaraq başından travma alan 9-cu sinif şagirdi vəfat edib 15 Dekabr 2019, 10:46 Mingəçevirdə qardaş qardaşı bıçaqladı 15 Dekabr 2019, 10:42 Nepalda avtobus dərəyə yuvarlanıb: 14 nəfər ölüb 15 Dekabr 2019, 10:39 Bələdiyyə seçkilərinə 1 həftə qaldı: bildirişlərin seçicilərə paylanması prosesi başa çatır 15 Dekabr 2019, 10:29 Küçədə qışlayanlar - Nazirlik neçə nəfərə sahib çıxıb? 15 Dekabr 2019, 10:14 Məşhurların qəribə sonları 15 Dekabr 2019, 10:00 Futbol üzrə Azərbaycan kuboku yarışlarında dörddəbir final mərhələsinə start veriləcək 15 Dekabr 2019, 09:52 Səttar Bəhlulzadə fenomeni 15 Dekabr 2019, 09:45 Ermənilər atəşkəs rejimini 21 dəfə pozub 15 Dekabr 2019, 09:38 Bakı və Gəncədə kafe yanıb 15 Dekabr 2019, 09:31 Növbəti metrostansiyada tikinti işləri yekunlaşdı - AÇILIŞ vaxtı bəlli oldu 15 Dekabr 2019, 09:24 Piyadanı vurub öldürdü 15 Dekabr 2019, 09:10 Məhəmmədi kəndində əl qumbarası aşkarlanıb - FOTO 15 Dekabr 2019, 08:58 Ərzaq anbarında güclü yanğın 15 Dekabr 2019, 00:31 Bakıda yol qazası tıxaca səbəb olub 15 Dekabr 2019, 00:14 Məktəblər bu səbəbdən bağlandı 14 Dekabr 2019, 23:53 Leyla Əliyeva “Zima-2019” Beynəlxalq Uşaq Festivalının qala-konsertində iştirak edib 14 Dekabr 2019, 23:33 Azərbaycanlı tələbə Türkiyədə öldü - SƏBƏB 14 Dekabr 2019, 23:16 Mingəçevirdə gənc oğlanı bıçaqladılar  14 Dekabr 2019, 23:01 Özünü polis əməkdaşı kimi təqdim edən dələduz saxlanılıb 14 Dekabr 2019, 22:33 Müdafiə Nazirliyinin nümayəndələri Moskvada 14 Dekabr 2019, 22:14 Nigeriyada terrorda 19 nəfər öldü 14 Dekabr 2019, 21:52 "ABŞ sanksiya tətbiq etsə, buna məcbur olacağıq" - Çavuşoğlu 14 Dekabr 2019, 21:34 Azərbaycanlı futbolçunun baş məşqçisi erməni oldu 14 Dekabr 2019, 21:16 Üç ay ərzində dəm qazından 106 nəfər ölüb 14 Dekabr 2019, 20:54 Bazardakı yanğın 300 kv. metr sahəni əhatə edib: xəsarət alan yoxdur - RƏSMİ 14 Dekabr 2019, 20:36 Türkiyə, Almaniya, İran və İtaliyanın tibbi ekspertləri Bakıya toplandı - FOTO 14 Dekabr 2019, 20:19 "3-cü mikrorayon bazarı"ndakı yanğında iki avtomobil yandı 14 Dekabr 2019, 20:03 Bakının bu ərazisində işıqlar söndürüldü 14 Dekabr 2019, 18:52 AMİP deputatlığa namizədlərinin adlarını açıqladı - Etibar Məmmədov SİYAHIDA yoxdu 14 Dekabr 2019, 18:44 Çingiz Mustafayev adına radio satışa çıxarılmayacaq, amma... 14 Dekabr 2019, 18:41 3-cü mikrorayon bazarındakı yanğın söndürüldü - VİDEO - YENİLƏNİB 14 Dekabr 2019, 18:27 3-cü mikrorayon dairəsi BAĞLANDI - BNA sürücülərə müraciət etdi 14 Dekabr 2019, 18:21 MSK parlament seçkilərinin müşahidəsi üçün beynəlxalq təşkilatlara dəvət göndərib 14 Dekabr 2019, 17:54