Modern.az

Obama Putinlə qədəh toqquşdurdu - FOTOLAR

Obama Putinlə qədəh toqquşdurdu - FOTOLAR

29 Sentyabr 2015, 10:31

BMT-nin baş katibi Pan Gi Munun təşkil etdiyi ziyafətə qatılan Rusiya prezidenti Vladimir Putin və ABŞ-ın dövlət başçısı Barak Obama birlikdə qədəh toqquşdurublar. Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, ziyafət zamanı çəkilən fotoda Putin və Obama şampan dolu qədəhləri bir-birinə uzatdıqları anda yaxalanıblar.

Fotonu şərh edən Rusiya prezidenti Vladimir Putin həmin an BMT-nin baş katibi Pan Gi Munun dediyi sağlıq şərəfinə bu jesti etdiklərini deyib:

“Qədəhləri BMT-nin baş katibi Pan Gi Munun tribunadan etdiyi çıxışın şərəfinə qaldırmışdıq. ABŞ prezidenti də təvazökar bir insan kimi baş katibin şərəfinə qədəhini mənim qədəhimlə toqquşdurdu. Bu epizoddan nəsə düzəltmək istəyirlər, amma bu, sadəcə, protokol qaydalarına uyğun bir addım idi”.

Bu, 2013-cü ilin yayından bəri ABŞ və Rusiya prezidentlərinin ilk ikitərəfli görüşüdür.Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının sessiyasında iştirak edən iki ölkə liderlərinin görüşü BMT-nin mənzil-qərargahında baş tutub.




Vüqar İsmayılov

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu