Arxiv
30 Noyabr 2015, 17:53 |
Bakıda yaşayan türkiyəli musiqiçi: “Azərbaycanlı dinləyicilərin gözəl musiqi zövqü var”
Bakıda yaşayan türkiyəli musiqiçi: “Azərbaycanlı dinləyicilərin gözəl musiqi zövqü var”

“Azərbaycanda uzun müddət qalacağımı düşünürəm”

Modern.az saytının müsahibi Bakıda yaşayan  İzmirli gitara ifaçısı və musiqiçisi  Hakan Karcıdır. 

Hakan Bakıya İzmirdən gəlib. Hazırda Bakıda restoranların  birində çalışan müsahibimiz artıq 1 ildir, Bakıda yaşayır. Həmsöhbətimiz deyir ki, o, Azərbaycanı o qədər sevir ki, özünü qərib ölkədə hiss etmir: “Azərbaycanlılar o qədər qonaqpərvər və istiqanlıdırlar ki, heç bir əcnəbi burada özünü qərib diyardakı kimi hiss etməz. Bəzi ölkələrdə əhali insana o qədər soyuq davranır ki, tezliklə öz işini bitirib qaçmaq istəyirsən. Amma Azərbaycan belə deyil. İnsanlar xüsusilə xaricilərə qarşı çox səmimi münasibət göstərirlərki, bu da hər kəs tərəfindən təqdir edilir. Mən buraya gələndə uzunmüddətli qalacağımı düşünməmişdim. Lakin Azərbaycanı gördükdən və insanların səmimi münasibətindən  o məmnun qaldım ki, gəldikdən 1 həftə sonra Azərbaycanda uzun müddət qalmağı qərara aldım

Hakan deyir ki, buraya gəlməzdən öncə Türkiyədə yaşayan, təhsil alan, işləyən həmyerlilərimizdən  ölkəmiz haqqında az da olsa  məlumatı var idi. O,  Azərbaycana  İzmirdə işlədiyi vaxtlarda Azərbaycanlı iş adamı dostunun təklifi ilə gəlib: “Düzdür, Türkiyədə olanda ölkəniz haqqında məlumatım var idi. Xüsusilə İçərişəhər, Qız qalası ilə maraqlanır, şəkillərinə baxırdım. Amma burada işləməyi düşünməmişdim.  Dostumuz Azərbaycan haqqında o qədər gözəl danışdı ki, tezliklə bu ölkədə işləməyi qarşıma məqsəd qoydum və gəldim.

Azərbaycan həqiqətən çox gözəl və əsrarəngiz ölkədir. Düzünü desəm, mən buranı bu dərəcədə müasir olduğunu, inkişaf etdiyini, Avropanın qabaqcıl şəhərləri ilə müqayisə olunacaq dərəcədə inkişaf etdiyini bilmirdim.  Azərbaycan mənim xəyalımda düzünü desəm belə böyük və qabaqcıl deyildi. İçərişəhəri gördükdən sonra bütün Azərbaycanı İçərişəhərə bənzədirdim. Aeroportdan çıxdıqdan sonra bir doğmalıq, yaxınlıq məni özünə çəkdi”. 

Beləliklə, Modern.az Hakan Karcı ilə müsahibəni təqdim edir.

- Hakan bəy, əvvəlcə musiqi ilə ilk tanışlığınızdan danışaq.

- Musiqiyə uşaq yaşlarından həvəs göstərmişəm. əksər usaqlar kimi mən də evdə özüm , ailəm , dostlarım üçün mahnılar çalıb, oxuyurdum. Notlarla ilk tanışlığım atamın evimizə aldığı pianino ilə başladı. Musiqinin sehrinə isə lisey illərində düşdüm. Əmimlə birlikdə toylarda ifa etməyə başladıqdan sonra məzunu olduğum elektromexanik ötürücülər ixtisasından musiqiyə tam keçid elədim.

Daha sonra kafe,restoranlarda davamlı olaraq çalışmağa başladım. Beləliklə bir  də gördüm ki, musiqi mənim hayatımın  bir parçası olub.

- Azərbaycandinləyicilər ilə münasibət qura  bilməkdə çətinliyiniz oldumu?

- İlk olaraq onu deyim ki, bizim qardaş ölkə olmağımızı hava limanına ilk addımı atdığımda hiss elədim. Bayrağımız, dilimiz, adət-ənənələrimiz,  bir çox xüsusiyyətlərimiz  bir-birinə çox bənzəyir. Rahat şəkildə münasibət qura bilmək, səmimi dostlar və  azərbaycanlı dinləyicilərin musiqiyə olan sevgisi, hörməti məni burda uzun müddət qalmağa sövq edir.


- Sizcə, Azərbaycan və Türkiyə auditoriyası arasında hansı fərqlər var  ?

- Azərbaycanlı dinləyicilərin musiqi zövqü çox yüksəkdir. Onlar  yaxşı səs və gözəl musiqi istəyir. Əgər sən onlara yaxşı bir musiqi ifa etməsən səni dinləməzlər. İzmirdə yaxşı musiqidən əlavə dinləyicilər yenilik axtarırlar, fərqli musiqi, fərqli sənət görmək istəyirlər.

- Sizi dinləməyə gələnlər əsasən kimlərdi?

- Orta yaşlı insanlar daha çox gəlir, 80-90-cı illərin mahnılarını ifa etdiyim üçün o yaş qrupuna aid insanlar dinləyicilərim arasında çoxluq təşkil edir. Bəzən gəncləri də görmək olur.

Musiqinin dili yoxdur deyirlər, sizcə bir musiqini çatdırmaq üçün onun sözləri önəmlidirmi?

Musiqi duyğularla ifa edilən bir sənət sahəsidir. Musiqinin hansı ruh halı ilə ifadə edilməsi çox önəmlidir. Bəzən ən həzin musiqi parçasında xoşbəxt ola, bəzən də ən şən mahnıda duyğulana bilərsən. Musiqi xatirələrə və duyğulara bağlı bir sənət sahəsidir. Musiqinin dili, dini, irqi yoxdur.

- Azəri mahnılar ifa edirsiniz?

- “Sarı gəlin” mahnısı üzərində işləyirəm. Çox bəyəndiyim və sevərək oxuduğum mahnılarınızdan biri də “Ayrılıq”dır. Dinləməyə gələn qonaqlarımız həm təəccüblə, həm də sevərək dinləyir.

- Gitaranın küçə musiqisinin bir parçası olması sizi bir musiqiçi, gitara ifaçısı kimi narahat etmir ki?

- Düşünürəm ki, musiqinin məkanı yoxdur. Janrından və üslubundan asılı olaraq musiqi harada ifa edilsə az da olsa musiqi duyumu olan insanlar tərəfindən səsləndiyində seviləcək. İstanbulda mənə də  belə təklif gəlmişdi.

- Azərbaycanı gəzmək fürsətiniz oldumu?

- Bakıdan  kənara çıxa bilməmişəm hələ. Bir ildir Bakıdayam. Artıq Bakı İzmir qədər doğma gəlir mənə. Bakının Sahil bulvarı, İçərişəhəri, Tarqovusu isə  İzmiri xatırladır. Şəhər də insanlar da işıqlıdır.


Şəbnəm Mehdizadə 

Foto: Cavid Abbaslı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
modern.az modern.az modern.az
Vağzalda sərnişinlərlə stansiya rəisi arasında insident
Eks-nazir və sabiq müavinə yeni vəzifə verilir 13:40, Bu gün Özlərini təhlükəyə atan oğrular ələ keçdi - VİDEO 13:36, Bu gün Motosikletlə narkotik daşıyan qardaşlar saxlanıldı 13:32, Bu gün Sabiq müstəntiqin cəzası azaldıldı 13:28, Bu gün Türkiyə Rusiyadan qaz alışını AZALDIR 13:24, Bu gün AFFA “Qarabağ” və “Neftçi”ni cərimələdi 13:20, Bu gün İlham Əliyev: “Azərbaycan Brüssel formatını dəstəkləyir” - YENİLƏNİB 13:18, Bu gün Sahibə Qafarova Mustafa Şentopla GÖRÜŞDÜ 13:16, Bu gün Rusiyaya qarşı 8-ci sanksiya paketi TƏSDİQLƏNDİ 13:12, Bu gün İki qadını şantaj edən şəxs saxlanıldı 13:08, Bu gün Ermənistan Haaqa Məhkəməsinin qərarını yerinə yetirmir 13:04, Bu gün Xocalı qatilləri cəzalandırılsaydı, Gəncə terroru olmazdı - DEPUTAT 13:00, Bu gün Azərbaycan multikulturalizmi və erməni icması 12:56, Bu gün 734 QHT Edilli məzarlığı ilə bağlı bəyanat yayıb 12:52, Bu gün Uşaq bağçasında dəhşətli hadisə: 34 nəfər ölüb 12:48, Bu gün Ermənilər sentyabr döyüşlərində 6 hərbçimizi işgəncə ilə öldürüb 12:45, Bu gün Ermənistan Müdafiə Nazirliyinə daha 4,4 milyon dollar ayrıldı 12:43, Bu gün ADY bugünkü etirazlarla bağlı açıqlama yaydı 12:40, Bu gün Şimşək çaxacaq, yağış yağacaq - Sabahın havası 12:38, Bu gün “Edilli kəndindəki mənzərə dəhşətlidir” - Fransa parlamentindən REAKSİYA 12:38, Bu gün Rusiyadan Azərbaycana 309 min nəfər gəlib 12:30, Bu gün Azərbaycan Ordusu qış rejiminə keçir - VİDEO 12:26, Bu gün Kütləvi məzarlıqda tapılan qalıqlardan bəzilərinin kimliyi müəyyənləşib 12:22, Bu gün Qarabağa qanunsuz səfər etmiş 19 nəfər axtarışa verilib 12:18, Bu gün Ərdoğan Paşinyan və Makronla görüşə yollandı 12:14, Bu gün Millimiz FİFA reytinqində 5 pillə irəlilədi 12:10, Bu gün Mətbuat Şurasının sədr müavini: “Yeniliklər etməyə çalışacağıq” 12:06, Bu gün Erməni meyitləri ilə bağlı görüntülər saxtadır - RƏSMİ 12:02, Bu gün Edillidə erməni əsirliyində olmuş şəxs vəfat etdi 11:58, Bu gün Ermənilər Azərbaycana 16 milyarddan çox ekoloji ziyan vurub 11:50, Bu gün İtaliya baş nazirinə 100 inək əvəzində evlənmə təklifi EDİLDİ 11:48, Bu gün Araz Əlizadə vəfat etdi 11:46, Bu gün I Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI 11:44, Bu gün GDU-da məlumat sessiyası keçirilib - FOTOLAR 11:42, Bu gün 130-dan çox hərbçinin meyiti Ermənistana qaytarılıb 11:40, Bu gün Ermənistan parlamenti növbədənkənar sessiya çağırdı 11:36, Bu gün İtkinlərin genetik profili hazırlanıb 11:32, Bu gün Yaşıllığı azalan Bakı fəlakətli əraziyə çevrilib - Böyük şəhərlərlə MÜQAYİSƏ 11:28, Bu gün Fransalı deputat erməni diasporunu İFŞA ETDİ 11:24, Bu gün