Modern.az

General Vlasov və onun diviziyası...

General Vlasov və onun diviziyası...

Təhsil

14 Noyabr 2010, 12:50

14 noyabr (1944) sovet generalı Andrey Vlasovun alman qoşunları tərəfə keçərək “Rusiya azadlıq ordusu”nu qurduğu gündür.

Andrey Vlasov kim idi?

A.Vlasov 14 sentyabr 1901-ci ildə Rusiyanın Nijni Novgorod vilayətinin Lomakino kəndində anadan olmuşdu. O, sovet hərbi məktəblərində təhsil alaraq gereral rütbəsinədək yüksəlmişdi. Böyük Vətən Müharibəsinin gedişində - 20 aprel 1942-ci il tarixində Stalin onu 2-ci Zərbə Ordusunun komandanı təyin etmişdi.

Hərbi əməliyyatların birində Vlasov almanlar tərəfindən əsir götürülüb. Bundan sonra almanlarla işbirliyinə razılaşan gereral asir düşən sovet əsgərlərindən ibarət “Rusiya Azadlıq Ordusu” quraraq SSRİ-yə qarşı vuruşmağa başlayıb. Onun ordusunda 1 milyona yaxın əsgər vardı. O, SSRİ-yə qarşı təkcə hərbi mübarizə aparmırdı, həm də antitəbliğatla məşul idi, sovet adamlarını sovet imperiyasına qarşı yönləndirməyə çalışırdı. Vlasovun ordusu müharibənin gedişində SSRİ-yə az zərbə vurmadı…

Ali baş komandan Stalin onun əlindən necə deyərlər zəncir çeynəyirdi və almanlara satqınlıq edən Vlasovun hökmən tutularaq edam edilməsi əmrini vermişdi.

Almanların müharibədə məğlub olması Vlasovu çətin vəziyyətə saldı.
1945-ci il mayın 8-də Almaniya Berlin yaxınlığında Karlsxorstda danışıqsız təslimolma aktını imzaladı. Mayın 9-da sovet ordusu Praqaya daxil oldu. Əslində, Praqa artıq mayın 6-da azad olunmuşdu. Belə ki, çexlər mayın 5-də üsyan qaldırmışdılar. Almanlar üsyanı yatırmaq üçün Praqaya əlavə SS hissələri yeritmişdilər. Çexlər radio ilə gah amerikalılara, gah da sovet qoşunlarına müraciət edirdilər. Bu zaman general Vlasov “Rusiya azadlıq ordusu”nu Şərq cəbhəsindən özbaşına çıxararaq Qərbə doğru irəliləyirdi ki, ABŞ qoşunlarına təslim olsun.

Mayın 6-da Praqa yaxınlığında olan general Vlasov öz vəziyyətini yüngülləşdirmək niyyəti ilə hücuma keçərək Praqanı tutdu. Çexlər Vlasovun portretlərini qaldıraraq, diviziyanın döyüşçülərini gül-çiçəyə qərq etdilər. Az sonra çexlər Vlasovun kimliyini öyrənib onun portretlərini küçələrdən yığışdırdılar. Praqada Stalinin, marşal Jukovun, marşal Konevin portretlərini qaldırıldı.

Mayın 8-də Vlasov diviziyanı Praqadan çıxarıb amerikalılara təslim olmaq üçün Qərbə doğru irəlilədi.

Lakin  onun istəyi baş tutmadı və sovet ordusu tərəfindən əsir götürüldü.

7 oktyabr 1946-cı ildə Vətənə xəyanətdə ittiham edilən “Rusiya azadlıq ordusu”nun komandanı general Vlasov edam edildi. Maraqlıdır ki, hökm o zaman sovet rejiminə xas olmayan yolla – asılmaqla icra edildib. 1946-­cı ilin 2 av­qus­tun­da «P­rav­da» qə­z­e­tin­­də general Vlasovun eda­mı haq­qın­­da mə­l­u­mat dərc edil­­di.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub