Arxiv
21 Oktyabr 2009, 13:04 | QARABAĞ
Avropanın aparıcı gənclər təşkilatlarının nümayəndələri Bakıda bir araya gəliblər

Avropa Şurasının dəstəyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və «Salto Youth Resurs Mərkəzi»nin təşkilatçılığı ilə Bakıda «Azərbaycanda gənclər işinin reallığı» mövzusunda tədbirlər başlayıb. Tədbirlərdə iştirak etmək üçün Avropa Birliyinə üzv 15 ölkənin, o cümlədən, Fransa, Portuqaliya, Avstriya, Belçika, Polşa, Türkiyə, Ukrayna, Rusiyanın «Gənclər fəaliyyətdə» proqramı üzrə milli agentliklərinin nümayəndələri, eyni zamanda Avropanın ən fəal gənclər təşkilatlarının təmsilçiləri Bakıya toplaşıb. Dünən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında bu qəbildən olan görüş keçirilib.

Modern.az-ın məlumatına görə, görüşdə çıxış edən Gənclər Təşkilatları Milli Şurasında sədri, millət vəkili Fuad Muradov bildirib ki, tədbirin əsas məqsədi qonaqları Azərbaycanda həyata keçirilən gənclər siyasəti ilə yaxından tanış etməkdir. O, qonaqlarla Bakıda keçiriləcək görüşlər zamanı «Gənclər fəaliyyətdə» və «Şərq tərəfdaşlığı» proqramlaı üzrə Azərbaycanda, elecə də Avropanın digər ölkələrində həyata keçirilməsi planlaşdırılan layihələrin geniş müzakirəsinin aparılacağını deyib. Daha sonra F.Muradov qonaqlara Gənclər Təşkilatları Milli Şurası barədə məlumat verib: «Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 11 gənclər təşkilatı tərəfindən 1995-ci ildə təsis edilib. 31 yanvar 1996-cı ildə isə dövlət qeydiyyatına alınıb. Hazırda təşkilatımız ətrafında 66 uşaq və gənclər təşkilatlarını birləşdirir. Biz dövlət gənclər siyasətinin hazırlanmasında və həyata keçirilməsində, ölkədə fəaliyyət göstərən gənclər təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsində, gənclərin ictimai proseslərə və dövlət əhəmiyyətli tədbirlərə səfərbər edilməsində, Azərbaycan gəncliyinin beynəlxalq aləmdə layiqli təmsilçiliyinin təmin edilməsində, eyni zamanda Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında bir sıra uğurlara imza atmışıq».

Şuranın bir sıra beynəlxalq əməkdaşlığının olduğunu bildirən millət vəkil ölkə gənclərinin maraqlarını Avropa Gənclər Forumu, BMT-nin İqtisadi və Sosial Şurası, Dialoq və Əməkdaşlıq naminə İslam Konfransı Gənclər Forumu, Türk Dünyası Gənclər Birliyində təmsil etdiklərini əlavə edib.

Qeyd edək ki, görüşdə çıxış edən qonaqlar Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının işi ilə yaxından tanış olduqlarını bildirərək, ölkəmizin gənclər təşkilatları ilə əməkdaşlıqda maraqlı olduqlarını deyiblər.

Səfər çərçivəsində qonaqlar rəsmi şəslərlər görüşlər keçirəcək, ölkəmizdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarında olacaq, həmçinin gələcək layihələrlə bağlı müxtəlif debat və disskusiyalarda iştirak edəcəklər.

Aqil LƏTİFOV

 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Tbilisidə "Müstəqilliyə aparan yol: Azərbaycan–Gürcüstan" müsabiqəsinə yekun vurulub 26 Yanvar 2021, 17:03 “Azəriqaz”dan sərfiyyatın çox yazılması iddiasına REAKSİYA 26 Yanvar 2021, 16:58 Xəzərdə həvəskar balıq ovuna qadağa yoxdur - Nazirlik  26 Yanvar 2021, 16:55 Ombudsmanın əməkdaşları Xırdalandakı partlayış yerinə getdilər 26 Yanvar 2021, 16:50 Xırdalandakı partlayışın səbəbi - “Azəriqaz”dan AÇIQLAMA 26 Yanvar 2021, 16:47 May-iyun aylarında Şuşada “Xarı bülbül” festivalı keçiriləcək 26 Yanvar 2021, 16:44 Fransa XİN-nin Dövlət katibi Bakıdan Yerevana gedəcək 26 Yanvar 2021, 16:40 Ceyhun Bayramovla Çavuşoğlu Türkiyə gəmisinə hücumu müzakirə etdilər 26 Yanvar 2021, 16:36 Azərbaycanda ceyranların sayı ARTDI 26 Yanvar 2021, 16:30 Yoluxma yenə artdı, ölü sayı AZALDI 26 Yanvar 2021, 16:25 Bakıda intihar edən gəncin kimliyi bilindi - YENİLƏNİB 26 Yanvar 2021, 16:23 Çörək və unun satışı vergidən azad olunur 26 Yanvar 2021, 16:20 Sahibkarlara 39 milyon manat maliyyə dəstəyi göstərildi 26 Yanvar 2021, 16:15 Aqrar sektorun inkişafı daim diqqət mərkəzindədir - Deputat 26 Yanvar 2021, 16:12 Tağı Əhmədov xəstəxanaya yerləşdirildi 26 Yanvar 2021, 16:09 Prezidentin vəzifədən azad etdiyi 80 yaşlı nazir atası kimdir? - DOSYE 26 Yanvar 2021, 16:03 Nazir regional idarələrə yeni rəislər təyin etdi 26 Yanvar 2021, 16:00 Prezident Oqtay Şahbazovu işdən azad etdi 26 Yanvar 2021, 15:55 Ramin Quluzadə yeni vəzifəyə TƏYİN OLUNDU 26 Yanvar 2021, 15:50 İtaliya baş nazirsiz qaldı 26 Yanvar 2021, 15:45 Daşaltı döyüşünün iştirakçısı: “Nə qədər ki, Qafqazda erməni var, sakit dayana bilmərik!” - MÜSAHİBƏ 26 Yanvar 2021, 15:39 Ermənilər Xocavənddə faşist liderə heykəl qoydular - FOTO 26 Yanvar 2021, 15:34 Diaspordan Paşinyana ŞƏRT: “İstefa ver, Ermənistana investisiya yatıraq” 26 Yanvar 2021, 15:30 Dağıntılar altında qalan azyaşlının cəsədi tapıldı - VİDEO 26 Yanvar 2021, 15:18 Xəzərdə zəlzələ olub 26 Yanvar 2021, 15:12 İranda daha 79 nəfər koronavirusdan öldü 26 Yanvar 2021, 15:06 “Düşünürəm ki, qısa zamanda vaksinin müsbət təsirini görəcəyik” 26 Yanvar 2021, 15:00 AQTA-dan ictimai iaşə müəssisələrinin sahiblərinə müraciət - FOTO 26 Yanvar 2021, 14:56 Çingiz Qənizadədən polis əməkdaşları haqqında çəkilən videoya REAKSİYA 26 Yanvar 2021, 14:44 UNEC-in alimi dünyanın 2-ci ən böyük iqtisadi onlayn platformasına ekspert seçilib 26 Yanvar 2021, 14:38 Naftalanın icra başçısı vətəndaşlarla növbəti onlayn qəbul keçirib - FOTO   26 Yanvar 2021, 14:33 İlham Əliyev fransalı dövlət katibini qəbul edib 26 Yanvar 2021, 14:28 "Azərbaycanda internet azaddır" - İlham Əliyev 26 Yanvar 2021, 14:22 İlham Əliyev azad edilmiş ərazilərdə şəhər və kəndlərin necə qurulacağını AÇIQLADI 26 Yanvar 2021, 14:16 Prezident işdən çıxardığı nazirdən DANIŞDI 26 Yanvar 2021, 14:10