Modern.az

Dağıntılar altından 30 saat sonra 6 aylıq körpə sağ çıxarılıb

Dağıntılar altından  30 saat sonra 6 aylıq körpə sağ çıxarılıb

7 Fevral 2016, 23:13

 

Tayvanda baş verən güclü zəlzələdən 30 saat sonra Taynan şəhərində uçmuş yaşayış binasının dağıntıları altından 6 aylıq körpə sağ çıxarılıb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, bundan əvvəl 20 yaşlı bir gənc xilas edilmişdi.

Dağıntılar altında qalan 120 nəfərə yaxın insanın sağ-qalma ümidləri getdikcə azalır. Zəlzələ zamanı həlak olmuş 26 nəfərin çoxu çökmüş hündürmərtəbəli binanın sakinləri olub. Yaşayış kompleksinin 6,4 bal gücündə yeraltı təkana tab gətirməməsinə görə, tikinti qaydalarının pozulması ilə bağlı istintaq başladılıb.

Zəlzələdən sonra 200-ə yaxın insan xilas edilib, 500 nəfərə yaxın insan müxtəlif dərəcəli xəsarətlər alıb, onlarla insan hələ də xəstəxanalarda müalicə alır.

Xilasetmə-axtarış əməliyyatına yüzlərlə hərbçi, yanğınsöndürən, yüksək-texnologiyalı axtarış qurğuları, qaldırıcı kranlar və axtarış itləri cəlb olunub. Yaşayış binasının uçması nəticəsində ev-eşiklərindən məhrum olan sakinələr üçün müvəqqəti sığınacaqlar yaradılıb.    

Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir