Modern.az

Əflatun Amaşov Media Ombudsmanının səlahiyyətinin İnsan hüquqları üzrə Müvəkkilə verilməsinə münasibət bildirdi

Əflatun Amaşov Media Ombudsmanının səlahiyyətinin İnsan hüquqları üzrə Müvəkkilə verilməsinə münasibət bildirdi

Media

8 Dekabr 2010, 18:56

İnsan hüquqları üzrə Müvəkkilin (Ombudsman) səlahiyyətlərinin artırılması üçün “İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman) haqqında” Konstitusiya qanununa əlavə və dəyişikliklər ediləcək. Belə ki, 2005-ci ildə qəbul edilən “İnformasiya əldə etmək haqqında” qanunda mətbuat üzrə Ombudsman institutunun yaradılması və ombudsmanın təyin edilməsi nəzərdə tutulurdu. Hazırda qanuna təklif edilən əlavə və dəyişiklər Media Ombudsmanının səlahiyyətlərinin İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanovaya verilməsini nəzərdə tutur. Qanununa əlavə və dəyişikliklər Milli Məclisin plenar iclasına tövsiyyə olunub.

Mətbuat Şurasının sədri Əflatun Amaşov Media Ombudsmanı vəzifəsinin İnsan hüquqları üzrə Müvəkkilə ötürülməsi ilə bağlı təklif olunan dəyişikliklərə münasibət bildirib. Modern.az saytına açıqlamasında Ə.Amaşov deyib ki, xarici təcrübədə elə ölkələr var ki, Ombudsman institutu vahiddir. Amma ayrı-ayrı sahələr üzrə fəaliyyət göstərən ombudsmanlar da var.

“Bizdə qanunla ayrıca olaraq İnformasiya üzrə Ombudsmanının yaradılması nəzərdə tutulmuşdu. Hər halda mən bu müzakirələrin başlanmasını mütərəqqi hal sayıram. Əsas odur ki, prosesə start verilib”-deyə Mətbuat Şurasının sədri deyib.

Ə.Amaşovun sözlərinə görə, Media Ombudsmanın əsas vəzifəsi vətəndaşların ilk mənbədən informasiya almaq imkanlarını təmin etməkdir.
“Bu yerinə yetiriləcəksə, yüksək qiymətləndirəcəyik”-deyən Ə.Amaşov vurğulayıb ki, “əgər bacarıqlı insanlar olacaqsa, bunun öhdəsindən gələ biləcəklər”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır