Arxiv
20 Dekabr 2010, 00:25 | MEDİA
Tanınmış fotojurnalist Elxan Kərimov vəfat edib

Azərbaycan mətbuatına ağır itki üz verib. “Turan” İnformasiya Agentliyinin əməkdaşı, tanınmış fotoreportyor Elxan Kərimov dekabrın 19-da saat 18.00 radələrində evində qəfildən vəfat edib.   Modern.az xəbər verir ki, yaxınlarının deməsinə görə, Elxan Kərimov ürəktutmasından dünyasını dəyişib. Dekabr ayının 28-də onun 62 yaşı tamam olacaqdı. Yaxınları onun son vaxtlar ürəyindən şikayətçi olduğunu bildirblər. Məlumata görə, E.Kərimov gələn ayın 5-də ürək şuntlanması əməliyyatına hazırlaşırmış. Allah rəhmət eləsin. ***

Tərcümeyi-halı E.Kərimov Azərbaycanın müasir tarixinin bir çox hadisəsinin canlı şahidi olub və onları çəkdiyi şəkillərdə əks etdirə bilib.

Elxan Əziz oğlu Kərimov 1948-ci il dekabrın 28-də Bakının Bülbülə kəndində anadan olub. 1957-1967–ci illərdə 208 saylı orta məktəbdə təhsil alıb. 1968-ci ildə əmək fəaliyyətinə başlayıb. Əvvəl Bülbülə kəndində yerləşən “Quyuların sınaqdan keçirilməsi və əsaslı təmiri” idarəsində işləyib. 

1971-ci ildə Azərbaycan Pedaqoji Universitetində (keçmiş V.İ.Lenin adına APİ) çıxan “Gənc müəllim” qəzetində fotomüxbir kimi işə başlayıb. 1973-1977-ci illərdə Azərbaycan Pedaqoji Universitetini bitirib.

1971-ci ildə çəkdiyi fotolar respublikada çıxan “Azərbaycan müəllimi”, “Bakı”, “Baku” və s qəzetlərdə çap olunub. 1979-cu ildə Jurnalist Sənətkarlığı İnstitutunu bitirib. 1997-ci ildə Türk beynəlxalq iş adamları “Dialoq” aylıq jurnalında fotomüxbir vəzifəsində çalışıb. Daha sonra öz fəaliyyətini “Tüsiab” jurnalında davam etdirib. 1998-ci ildə “Azadlıq” qəzetində baş fotomüxbir vəzifəsində işləyib. Sonradan “Turan İnformasiya Agentliyi”nə keçib. Ölüm gününədək bu agentlikdə baş fotomüxbir vəzifəsində çalışırdı.  Elxan Kərimov bir çox sertifikat və diplomlara layiq görülüb. 2004-cü il mayın 28-də “Aзeрбaйджaнcкиe Извecmия” tərəfindən foto sahəsində gördüyü işlərlə əlaqədar sertifikata layiq görülüb. 2006-cı ildə 21 iyulunda  “Fotoillürtrasiya” nominasiya üzrə “Media açarı” mükafatı alıb. 2009-cu ildə Elxan Kərimovun 60 illik yubleyi çərçivəsində Media Mərkəzində foto sərgisi keçirilib. 21 iyul 2009-cu ildə "Zərdabi" mükafatına layiq görülüb. E.Kərimovun çəkditi fotoşəkillər respublikada çıxan qəzet və jurnallarda yayımlanıb.

3 övladı yadigar qalıb. *** Elxan Kərimovun mətbuata müsahibələrindən sitatlar: - Əlinə fotoaparat götürüb çəkən çoxdur, amma fotomüxbir az... İndi fotomüxbirlərin 99 faizində yaradıcılıq yoxdur. Yerindən qalxır, rəqəmsal fotoaparatla - biz onu sabunqabı adlandırırıq - ”çık" edib oturur. Axı belə olmamalıdır. Mən bir mətbuat konfransında ən azı 15 kadr çəkirəm. Arasından cəmi bir-ikisini seçib qəzetə göndəririk. Fotoqrafların mətbuatdan uzaqlaşmasının əsas səbəbi maaşla bağlı olsa da digər səbəb fotoaparaturadır. - Fəaliyyətim boyunca çəkdiyim ən gözəl şəkil mərhum prezident Əbülfəz Elçibəyinki olub. - Ən yaxşı şəkil təsadüfən alınır.   - Bəzi məqamlarda çəkilən şəkillər üçün çeviklik tələb olunur. 60 yaşında belə şeyləri etmək olmur. Mitinqlərdə qovurlar, qaçırsan, o məqamı çəkməlisən. Cavan uşaqlar daha yaxşı işləyir. Amma mən özümü hələ 60 yaşında yox, maksimum 45 yaşında hiss edirəm. Bütün hallarda bilirəm ki, yerimi cavanlara verməliyəm. - 2 iyun 2002-ci il tarixində keçirilən mitinqdə aləm bir-birinə qatışmışdı. Təkcə mən çəkirdim. Polislərlə üzbəüz gələndə bəziləri tanımır, zor tətbiq edirdi. Nazim Nağıyev Səbayel rayonunun polis rəisi olan vaxt keçirilən aksiyalardan birində onun şəklini çəkdiyim üçün mənə yumruq vurmuşdu. Mən bilən, cəzasını da aldı.   - Öz fotolarımla tarix yazdığımı bilirəm.

- Sənətimi oğlum Turxan davam etdirir. Ona şəkil çəkməyi mən öyrətməmişəm. Gözünü açıb fotoaparat görüb evdə. Özü aparatı götürüb şəkil çəkib. Onun yaxşı jurnalist olmasını arzulayıram.

Modern.az

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Belçika ölkəyə giriş-çıxış məhdudiyyətlərini uzatdı 6 mart 2021, 00:55 Rusiya ABŞ-ın sanksiyalarına cavab verəcək 6 mart 2021, 00:39 Tokio Olimpia Oyunları yenidən təxirə salınmayacaq 6 mart 2021, 00:24 Rəsulzadənin anım günüdür 6 mart 2021, 00:11 Ölkədə ictimai nəqliyyat üç gün işləməyəcək 6 mart 2021, 00:00 Türkiyədə koronavirusla bağlı son vəziyyət 5 mart 2021, 23:56 Somalidə güclü partlayış - 20 ölü, 30-dan çox yaralı var 5 mart 2021, 23:46 Naftalanda gənc qadın dəm qazından zəhərləndi 5 mart 2021, 23:38 Gəncədə ağır yol qəzası - VİDEO 5 mart 2021, 23:25 Bakı, Sumqayıt və Abşeronda mart ayının pensiyaları köçürüldü  5 mart 2021, 23:16 Ukrayna və Gürcüstan NATO-ya üzv olacaq 5 mart 2021, 23:08 “Biz təkcə yeddi rayonu azad etməmişik” - İlham Əliyev 5 mart 2021, 23:00 “Muğan Bank”da yanğın - FOTO 5 mart 2021, 22:51 Dünyada qum qıtlığı gözlənilir 5 mart 2021, 22:38 Pakistan Hava Yolları Bakıya birbaşa uçuşlara başlıyır 5 mart 2021, 22:25 YAP Veteranlar Şurasının tam tərkibi məlum oldu - SİYAHI 5 mart 2021, 22:11 Qarabağa qaytarılacaq ilk köçkünlər onlar olacaq - Prezident AÇIQLADI 5 mart 2021, 21:59 BP şirkətində yeni təyinat 5 mart 2021, 21:48 Mübariz Mənsimovun azadlıqdan ilk videosu 5 mart 2021, 21:34 Prezident Tofiq Nağıyevi təltif etdi 5 mart 2021, 21:21 İlham Əliyev: Bir neçə partiyanın YAP-a birləşməsi partiyamızı gücləndirəcək - TAM MƏTN 5 mart 2021, 21:10 “Real Madrid” Ronaldoya qanunsuz ödəniş edib 5 mart 2021, 20:59 XİN məlumat yaydı 5 mart 2021, 20:48 İlham Əliyev YAP-ın yeni proqramının hazırlanması barədə tapşırıq verdi 5 mart 2021, 20:41 Mingəçevirdə məktəbli oğlan itkin düşdü - FOTO 5 mart 2021, 20:30 Ceyhun Bayramov Zoltan Hernyeşlə görüşdü - FOTO 5 mart 2021, 20:17 Zirehli maşınlar təlimə çıxarıldı - VİDEO 5 mart 2021, 20:04 Türkiyə və Yunanıstan hərbçiləri danışıqlar apardı 5 mart 2021, 19:55 Ermənistan ordusunun Baş Qərargahından növbəti AÇIQLAMA 5 mart 2021, 19:43 Gəncədə miktoavtobus aşıb, yaralılar var 5 mart 2021, 19:35 TamKart sahibləri ƏDV faizlərini 30 gün gözləmir 5 mart 2021, 19:24 Neft qiymətləri 70 dolları keçə bilər 5 mart 2021, 19:17 Bakının bu küçə və prospektlərində tıxac var - SİYAHI 5 mart 2021, 19:05 Ərdoğan Merkellə videoformatda görüş 5 mart 2021, 18:55 Ötən ay 70 diplomun tanınmasından imtina edilib 5 mart 2021, 18:47