Modern.az

Qafqaz Müsəlmanları İdarəsidən sabiq millət vəkilinin təklifinə cavab gəldi

Qafqaz Müsəlmanları İdarəsidən sabiq millət vəkilinin təklifinə cavab gəldi

Ölkə

25 Avqust 2011, 16:21

Sabiq millət vəkil Nazim Məmmədov Modern.az saytı vasitəsilə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Hacı Allahşükür Paşazadəyə müraciət edərək Ramazan bayramı münasibətilə məscidlərdə yığılan fitrə pullarının Somalidə acından ölən uşaqlara göndərilməsini istəyib.

Məsələyə münasibət bildirən QMİ-nin sədr müavini Qəmər Cavadlı Modern.az-a açıqlamasında bildirib ki, hacı Hacı Allahşükür Paşazadə hazırda ölkədə deyil, o isə Nazim Məmmədovun şeyx həzrətlərinə müraciətni bu gün internetdən oxuyub.
“Hələki şeyx həzrətləri Bakıda yoxdu, gəlsin, onun təklifə münasibəti necə olar, mətbuata açıqlayarıq. Amma fitrənin hamısı məscidlərə verilmir. Şəri baxımından fitrənin kimlərə verilməsinə gəlincə, fitrə əsasən kasıb qohum-əqrabaya, kasıb qonşuya, imkansız tələbələrə, yolda qalmış yolçulara verilə bilər. Görünür Nazim müəllim elə bilir ki, verilən fitrələrin hamısı məscidlərə yığılır. Amma ona bu barədə yanlış məlumat veriblər”.

Q.Cavadlı deyib ki, məscidlərə yığılan fitrə pullarının yardım olaraq Somaliyə göndərilməsi barədə qərar Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Hacı Allahşükür Paşazadənin münasibətindən sonra verilə bilər.
“Şeyx həzrətlərinin cavabı barədə isə biz bir söz deyə bilmərik”.

Mail Ağaxanov  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı