Modern.az

Qarabağ xalçalarına aid 6 dildə broşür buraxıldı (FOTOLAR)

Qarabağ xalçalarına aid 6 dildə broşür buraxıldı (FOTOLAR)

Ölkə

1 Sentyabr 2011, 10:57


“Azər-İlmə” “Azərbaycan xalçaları-Qarabağ qrupu” adlı broşür nəşr etdirib. Modern.az saytının məlumatına görə, xalçaçılıq tarixində ilk dəfədir ki, fundamental elmi tədqiqatlar nəticəsində ərsəyə gələn bu broşürdə Qarabağ xalçalarının özünəməxsus cəhətləri, fərdi xüsusiyyətləri, toxunma texnologiyası, rəng və kompozisiya həlli hərtərəfli, geniş tədqiq olunub.

Broşürdə  iyirmiyə yaxın əntiq xalça nümunələri və onların bədii təsviri, Qarabağın bütün rayon və şəhərlərinin xalçaçılıq ənənələri haqqında məlumatlar verilib.

Xalçaların özünəməxsus çeşniləri, rəngləri, naxış və ornametlərindən bəhs edən “Azərbaycan xalçaları: Qarabağ qrupu” broşüru Qarabağ xalçaları həqiqətlərini altı dildə bütün dünyaya çatdırır. Azərbaycan, rus, ingilis, ərəb, fransız və alman dillərində çap olunan broşürün beynəlxalq tədbirlərdə, görüşlərdə paylanması, dünya sənətşünasları, tarixçilər arasında yayılması nəzərdə tutulub.

Onu da qeyd edək ki, bu broşürdə yer alan əntiq və müasir Qarabağ xalçaları “Azər-İlmə”nin kolleksiyasında qorunur. Layihənin rəhbəri dosent Vidadi Muradovdur. Layihə üzərində həmçinin tarix elmləri doktoru Kərim Şükürov və sənətşünas Asiya Şirəliyeva da çalışıblar. 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı