Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və “Dövlət qulluğu haqqında” qanuna edilən dəyişiklikdən sonra dövlət qulluğunda çalışmanın yuxarı yaş həddinə uyğun olaraq dövlət orqanlarında 65 yaşa çatmış işçilərin siyahısı hazırlanır, ixtisarlar aparılır.
Modern.az saytı Kənd Təsəsrrüfatı, Maliyyə, Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, “Dövləqtqaçqınkim”da təqaüd yaşı çatmış dövlət qulluqçularının ixtisarı barədə məlumat vermişdi.
Digər nazirlik və komitələrdə isə təqaüd yaşı çatmış işçilərin siyahısı hazırlanır.
Modern.az-ın məlumatına görə ixtisarlar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində də davam etdirilir. Nazirlikdən 65 yaşdan yuxarı artıq 1 işçi təqaüdə göndərilib.
Nazirliyin sektor müdiri Pərviz Budaqov əməkdaşımıza açıqlamasında qeyd edib ki, onlarda 65 yaşdan yuxarı - 71 yaşında yalnız bir işçi var idi.
“O da “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik qüvvəyə minəndən sonra təqaüdə göndərilib. Ondan başqa nazirlikdə 65 yaş həddində olan işçilərimiz yoxdur” deyə sektor müdiri əlavə edib.
Aytən ƏLİYEVA