
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, sentyabrın 20-dən oktyabrın 5-dək Xətai rayonunun ərazisində, “Əhmədli” metrosunun yaxınlığındakı “Bakı” kinoteatrının qarşısında arıçılıq məhsullarının növbəti respublika satış yarmarkası keçiriləcək.
Son illər Bakıda bal satışı yarmarkasının keçirilməsi artıq ənənə halını alıb. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzaəli Hacıyev Modern.az-a bildirib ki, builki yarmarkanın da yüksək səviyyədə təşkili planlaşdırılır.
Kənd Təsərrüfatı Nazirlyinin məlumatına görə, 2009-cu ildə ölkədə 1600 ton bal yığılıb. 2010-cu ildə isə bu il bu rəqəm 1000 tona düşüb.
Modern.az saytının məlumatına görə, bu il bölgələrdəki arıçılıq təsərrüfatlarında müxtəlif səbəblərdən bal istehsalı aşağı olub. Gözlənilir ki, bu il ölkədə bal istehsalı heç 1000 tona çatmayacaq. Arıçılar bunun səbəbini yağıntıların normadan çox olmasıyla əlaqələndirirlər. Məsələn, Goranboyda yaşayan fermerlər deyirlər ki, yazda yağışlar çox yağdığından bal arılarının şirə toplamasında çətinliklər yaranıb. Fermerlər bir çox təsərrüfatların cüzi bal istehsalı ilə kifayətləndiyini vurğulayırlar.
Kənd Təsərüfat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev isə deyir ki, bu il arıçılıq məhsullarının, konkret bal istehsalının aşağı olacağıni indidən söyləyə bilməzlər. O, fermerlərdən nazirliyi şikayət daxil olmadığını da qeyd edib.
Balın insan sağlamlığı üçün nə qədər xeyirli olduğu hamıya məlumdur. Bəzən hətta həkimlər hansısa xəstəliklə əlaqədar xəstəyə dərman əvəzinə birinci bal yeməyi məsələhət görürlər.
Azərbaycanda arıçılıq dövri-qədimdən olub, indi də var. Son illər ölkədə bal istehsalı gah artır, gah da azalır.
Mail Ağaxanov