Modern.az

Nazirlik şöbə rəisini işdən çıxarıb

Nazirlik şöbə rəisini işdən çıxarıb

Ölkə

30 Dekabr 2011, 12:00

Mingəcevir şəhər 8 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin rəisi Asif Şirinov tutduğu vəzivədən azad olunub. Nazirliyin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, 15 dekabr 2011-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilmiş Kollegiya iclasında Mingəçevir şəhər 8 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin rəisinin tutduğu vəzifəyə uyğun olub-olmamasının araşdırılması barədə qərar qəbul edilmişdi.  
Kollegiya iclasının qərarına müvafiq olaraq yaradılmış Komissiyanın apardığı araşdırma zamanı adı çəkilən şöbənin rəisi Asif Şirinovun xidməti fəaliyyətində nöqsanlar aşkar edilərək onun diqqətinə çatdırılıb. Və o, ərizəsinə əsasən tutduğu vəzifədən azad olunub.

Modern.az   

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı