Modern.az

Metroda yaranan vəziyyətlə bağlı rəsmi AÇIQLAMA

Metroda yaranan vəziyyətlə bağlı rəsmi AÇIQLAMA

Ölkə

Bu gün, 09:40

Bakı metrosunda səhər saatlarından sərnişin sıxlığı müşahidə olunur.

“Bakı Metropoliteni” QSC-dən Modern.az-a verilən məlumata görə, sıxlığa səbəb qatarların hərəkətinin bu gün şənbə qrafikinə uyğun təşkil edilməsidir.

Hazırda metronun bir sıra stansiyalarında platforma və keçidlərdə sıxlıq yaranıb.

Qeyd edək ki, dünən 12:00 radələrində metroda texniki nasazlıq yaranıb və bütün stansiyalara girişə məhdudiyyət qoyulub. Saat 15.00-da stansiyalara giriş bərpa edilib.

Sizə yeni x var
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!