REAL Partiyası Seçki Məcəlləsinin 24-cü maddəsinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü seçilmək üçün namizəd irəli sürməyəcək.
Bunu Modern.az-a açıqlamasında partiyanın sədri Natiq Cəfərli bildirib.
“Çünki biz daha çox dairə seçki komissiyalarının formalaşmasına fokuslanmışıq. Amma MSK-nın üzvü seçiləcək digər siyasi partiyaların nümayəndələrinə də işlərində uğurlar arzu edirik", - deyə o qeyd edib.
Digər deputat sayı baxımdan azlıqda olan partiyaların namizədləri isə aşağıdakılardır:
Böyük Azərbyacan Partiyası - Aysel Cəlilova;
Böyük Quruluş Partiyası - Bəxşeyiş Əsgərov;
Ədalət, Hüquq, Demokratiya Partiyası - Mikayıl Rəhimov;
Ana Vətən Partiyası - Etibar Quliyev;
Vətəndaş Həmrəyliyi Partiyası (VHP) - Almas Qəhrəmanlı.
Demokratik Maarifçilik Partiyası - İlkin Şahbazov;
Azərbaycan Demokratik İslahatlar Partiyası ilə Vətəndaş Birliyi Partiyası (razılaşdırılıb) - Tofiq Həsənov.
Xatırladaq ki, bu gün hakim yeni Azərbaycan Partiyası (YAP) namizədləri müəyyən edilib.
Pənahov Məzahir Məhəmməd oğlu, Qasımov Rövzət Afət oğlu, İbrahimov Ramiz Hilal oğlu, Paşayev Hüseyn Məmməd oğlu, Məmmədov Elmar Eldar oğlu və Abdullayeva Sevinc Qurban qızının Mərkəzi Seçki Komissiyasının əsas, Mustafayeva Elnarə Eyyub qızının isə əvəzedici üzvü seçilməsi üçün Milli Məclisə təqdimat verilməsi barədə qərar qəbul edilib.