Modern.az

Bakının 3 avtobus marşrutu üzrə qaliblər elan edildi

Bakının 3 avtobus marşrutu üzrə qaliblər elan edildi

Ölkə

Bu gün, 16:10

Bakıda 107, 107A, 117 nömrəli şəhərətrafı və Qəbələ–Gəncə şəhərlərarası avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.

Modern.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, Buzovna qəsəbəsini "Koroğlu" NMM-lə əlaqələndirən 107 və Maştağa qəsəbəsini "Koroğlu" NMM-lə əlaqələndirən 107A nömrəli şəhərətrafı avtobus marşrutları üzrə hüquqi şəxs "Çinar-Trans" MMC, Biləcəri qəsəbəsini "Sədərək" ticarət mərkəzi ilə əlaqələndirən 117 nömrəli şəhərətrafı avtobus marşrutu üzrə hüquqi şəxs "Bus Service" MMC, Qəbələ–Gəncə marşrutu üzrə fiziki şəxs Hüseynov Araz İmran oğlu qalib elan olunublar.

Müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun təşkil olunur.

Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV