Modern.az

Köhnə avtomobillərin dövriyyədən çıxarılması sürətlənib - Rəqəmlər açıqlandı

Köhnə avtomobillərin dövriyyədən çıxarılması sürətlənib - Rəqəmlər açıqlandı

Ölkə

19 İyun 2026, 11:47

Azərbaycanda köhnə avtomobillərin istismardan çıxarılması prosesi sürətlənib.

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Avtotexniki Müfəttişlik Şöbəsinin dövlət avtomobil müfəttişi Aslan Hacıyev jurnalistlərə açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, həyata keçirilən tədbirlər yol hərəkəti təhlükəsizliyinin gücləndirilməsinə, texniki nasaz nəqliyyat vasitələrinin sayının azaldılmasına, atmosferə atılan zərərli emissiyaların minimuma endirilməsinə və ümumilikdə avtomobil parkının yenilənməsinə xidmət edir.

A.Hacıyev bildirib ki, statistik göstəricilərə əsasən, 2024-cü ildə 1 966, 2025-ci ildə isə 19 min 840 nəqliyyat vasitəsi istismardan çıxarılıb. Cari ilin əvvəlindən indiyədək isə bu rəqəm 30 minə yaxınlaşıb.

Səbinə HƏSƏNOVA

Whatsapp
Bizə yazın!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi