Modern.az

Rusiya "Politico"nu senzurada ittiham etdi

Rusiya "Politico"nu senzurada ittiham etdi

Dünya

Bu gün, 12:36

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova "Politico" nəşrini senzurada ittiham edib.

Modern.az xəbər verir ki, Zaxarovanın sözlərinə görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Ukrayna, Avropa və qlobal təhlükəsizlik" adlı məqaləsini bir neçə gün əvvəl "Politico"nun redaksiyasına göndərsə də, nəşr onu dərc etməyib.

Bununla bağlı açıqlama verən Zaxarova bunu "açıq-aşkar senzura aktı" adlandırıb.

"Avropa İttifaqının mərkəzində özünü demokratiya, azadlıq və rifah kimi Avropa dəyərlərinin müdafiəçisi kimi təqdim edən bir informasiya platforması əslində senzuranın və Oruel tipli diktatura təcrübələrinin bariz nümunəsidir", – o bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rusiyaya DƏHŞƏTLİ HÜCUM - Şəhərlər raketlərlə bombalanır