Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti yenidən uzadılıb.
Modern.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti qərar qəbul edib.
Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin müddəti 2026-cı il oktyabrın 1-i saat 06:00-dək uzadılıb.
Qeyd edək ki, bundan əvvəl xüsusi karantin rejiminin müddəti 2026-cı il iyulun 1-i saat 06:00-dək müəyyən edilmişdi.