Modern.az

Rəqəmsal tədqiqat belə aparılacaq

Rəqəmsal tədqiqat belə aparılacaq

Aktual

Bu gün, 12:47

İnformasiya infrastrukturu obyektlərində baş vermiş kiberinsidentlər barədə əldə edilən məlumatlar əsasında Rəqəmsal tədqiqat mərkəzi tərəfindən onların risk əsaslı qiymətləndirilməsi aparılacaq.

Modern.az xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna təklif edilən yeni fəsildə əksini tapıb.

Qiymətləndirilmənin nəticəsinə uyğun olaraq rəqəmsal tədqiqat mərkəzi rəqəmsal tədqiqatı aparılmalı olan kiberinsidentləri müəyyən edir. Rəqəmsal tədqiqat mərkəzi tərəfindən sahə üzrə fəaliyyət göstərən CERT-lər kiberinsidentlərin rəqəmsal tədqiqatının aparılmasına cəlb edilə bilərlər. 

Rəqəmsal tədqiqat zamanı CERT-lər və ya Rəqəmsal tədqiqat mərkəzi tərəfindən əldə olunan məlumatların bütövlüyü qorunmalı, onların dəyişdirilməsinə, silinməsinə və ya saxtalaşdırılmasına yol verilməməli, rəqəmsal tədqiqat zamanı beynəlxalq kibertəhlükəsizlik standartlarına uyğun metod və vasitələrdən istifadə olunmalıdır.

Rəqəmsal tədqiqat prosesi CERT-lər və ya Rəqəmsal tədqiqat mərkəzi tərəfindən sənədləşdirilməli, rəqəmsal dəlillərin əldə edilməsi, saxlanılması, ötürülməsi, təhlili mərhələləri həmin sənəddə ardıcıl və izlənilə bilən formada əks olunmalıdır. Rəqəmsal tədqiqatın rəsmiləşdirilməsi və nəticəsinə dair məlumatlar və sənədlər Rəqəmsal tədqiqat mərkəzi tərəfindən 3 ildən az olmayan müddətdə saxlanılmalıdır. 

Sizə yeni x var
Keçid et
Rusiyada TƏŞVİŞ BAŞLADI - Ukrayna hər yeri bombalayır!