Türkiyə Futbol Federasiyası (TFF) Paraqvaya 0:1 hesabı ilə uduzduqları Dünya Çempionatı matçının təkrarlanması üçün FIFA-ya müraciət edib.
Modern.az xəbər verir ki, müraciətə səbəb görüşün 45-ci dəqiqəsində paraqvaylı futbolçu Matias Galarzanın hakimin yerə düşən saatını götürüb biləyinə taxması olub. Futbolçunun daha sonra saatı qaytardığı iddia edilsə də, bu, görüntülərlə təsdiqlənməyib.
TFF FIFA-nın “hakimin nüfuzuna xələl gətirən hallar oyunun təkrarlanmasına səbəb ola bilər” qaydasına istinad edib. Lakin FIFA müraciəti rədd edərək bildirib ki, hadisə oyunun nəticəsinə təsir edən fakt kimi qiymətləndirilmir və hakimin ehtiyat saatı mövcud olub.
Qeyd edək ki, Türkiyə millisi qrup mərhələsində Avstraliyaya 0:2, Paraqvaya isə 0:1 hesabı ilə məğlub olaraq mübarizəni davam etdirmək şansını itirib.