Modern.az

MİQ-lə bağlı YENİLİK tətbiq olunacaq

MİQ-lə bağlı YENİLİK tətbiq olunacaq

Təhsil

24 İyun 2026, 13:32

Müəllimlərin İşə Qəbul (MİQ) sistemi üzrə ödəniş modulu qurulacaq.

Modern.az xəbər verir ki, bununla bağlı müvafiq prosedur tamamlanıb.

Plana əsasən, müəllimlərin işə qəbulu, yerdəyişməsi, qarşılıqlı yerdəyişməsi, sertifikatlaşdırılması, direktorların işə qəbulu və imtahan sistemlərinə texniki dəstək, operatorluq və sistemlərin modernləşdirilməsi nəzərdə tutulur.

Həmçinin sertifikatlaşdırma sistemlərinin funksional imkanlarının genişləndirilməsi və optimallaşdırılması, müsabiqə zamanı vakansiya sisteminə texniki dəstək və operatorluq xidməti və s. xidmətlər göstəriləcək.

Layihənin ümumi dəyəri 513 min 827 manatdır. (Oxu.az)

Whatsapp
Bizə yazın!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi