Modern.az

Azərbaycanlılar ayda orta hesabla 644 manat xərcləyir

Azərbaycanlılar ayda orta hesabla 644 manat xərcləyir

Ölkə

24 İyun 2026, 10:04

2026-cı ilin yanvar-may aylarında Azərbaycanda bir istehlakçının orta aylıq xərci 644,5 manata çatıb.

Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə,hesabat dövründə istehlak bazarında satılmış malların və göstərilmiş xidmətlərin ümumi dəyəri 33 milyard 89,7 milyon manat olub.

Bu göstərici 2025-ci ilin yanvar-may ayları ilə müqayisədə real ifadədə 4,5 faiz artıb.

Qeyd olunub ki, yanvar-may aylarında bir istehlakçı orta hesabla ayda 644,5 manat və ya ötən ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 57,9 manat çox vəsait xərcləyib.

Statistikaya əsasən, istehlak bazarında ümumi dəyərin 77,1 faizini pərakəndə ticarət dövriyyəsi, 19,5 faizini əhaliyə göstərilmiş ödənişli xidmətlər, 3,4 faizini isə ictimai iaşə dövriyyəsi təşkil edib.

Sizə yeni x var
Keçid et
Zelenskiyə ŞOK HÜCUM! - Öldürmək istədilər - Son anda...