Modern.az

Ən uzun iş saatı bu sahələrdə qeydə alınıb

Ən uzun iş saatı bu sahələrdə qeydə alınıb

Ölkə

Bu gün, 09:48

Azərbaycanda bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının ən çox olduğu sahələr məlum olub.

Modern.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-aprel aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının ən yüksək olduğu sahə ticarət və nəqliyyat vasitələrinin təmiri olub. Bu sahədə göstərici 153,7 saat təşkil edib.

Sonrakı yerlərdə turistlərin yerləşdirilməsi və ictimai iaşə (152,7 saat) və tikinti (151,7 saat) sahələri qərarlaşıb.

Statistikaya əsasən, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində orta aylıq iş saatı 148,8, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 147,4, dövlət idarəetməsi və müdafiə, sosial təminat sahəsində isə 147,0 saat olub.

Ən aşağı göstəricilər isə digər sahələrdə xidmətlərin göstərilməsi (134,9 saat), təhsil (135,5 saat) və əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi (137,6 saat) sahələrində qeydə alınıb.

Qeyd edək ki, 2026-cı il iyunun 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 247,6 min nəfər olub. Onların 52,1 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği isə 479,8 manat olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada TƏŞVİŞ BAŞLADI - Ukrayna hər yeri bombalayır!