Modern.az

Abşeronda yaşayanlar oxusun: Leysan, dolu...

Abşeronda yaşayanlar oxusun: Leysan, dolu...

Ölkə

27 İyun 2026, 09:06

Yaxın saatlarda Abşeron yarımadasının bəzi şəhərətrafı ərazilərində qısamüddətli leysan yağışla birlikdə dolu düşəcəyi ehtimal olunur.

Modern.az xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata görə, qeyri-sabit hava şəraiti fonunda yarımadanın bəzi ərazilərində qısamüddətli intensiv yağıntı müşahidə oluna, leysanla yanaşı dolu da yağa bilər.

Vətəndaşlara hava şəraitində baş verə biləcək ani dəyişiklikləri nəzərə almaları və ehtiyatlı olmaları tövsiyə edilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Lavrovdan ŞOK ÇIXIŞ - Özünü rüsvay etdi