Modern.az

Suda boğulma halları ilə bağlı açıqlama

Suda boğulma halları ilə bağlı açıqlama

Ölkə

Bu gün, 13:01

Ölkədə çimərlik mövsümü başlayandan bu yana qeydə alınan boğulma və günvurma faktlarının statistikası açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2026-cı ilin iyun ayı ərzində paytaxtın Şüvəlan qəsəbəsində yerləşən çimərlikdə suda boğulma hadisəsi qeydə alınıb.

"Hadisə ilə əlaqədar mərkəzə ümumilikdə 3 nəfərin müraciəti daxil olub. Təəssüf ki, müraciət edənlərdən 2 nəfərinin həkiməqədər ölüm faktı qeydə alınıb. Suda boğulma təhlükəsi yaşayan digər 1 nəfərə isə hadisə yerində zəruri tibbi yardım göstərilib".

Bundan başqa, iyun ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə günvurma ilə bağlı hər hansı müraciət daxil olmayıb.

Aidiyyəti qurumlar vətəndaşları çimərliklərdə təhlükəsizlik qaydalarına ciddi əməl etməyə və nəzarətsiz ərazilərdə dənizə girməməyə çağırıb.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Sankt-Peterburq OD İÇİNDƏ - Ukraynadan dəhşətli hücum - Media Turk TV