
Müsavatın başqan müavini Gülağa Aslanlı Modern.az-a açıqlamasınd keçmiş başqan İsa Qəmbərin partiyanın fəaliyyətində iştirakı məsələsindən danışıb.
Gülağa Aslanlının sözlərinə görə, İsa Qəmbəri hər gün partiyanın qərargahına gəlir:
“İsa Qəmbər başqanlıqdan getsə də, partiya ilə əlaqələrinə fasilə verməyib. Hazırda Milli Strateji Düşüncə Mərkəzinin sədri kimi planlaşdırdığı işləri icra edir. Bu səbəbdən İsa bəyi hər gün Müsavat Partiyasında görmək olar. O, başqanlıqdan getsə də, əvvəlki kimi öz otağında əyləşir. Arif Hacılının isə başqan kimi başqa otağı var”.
Namidə BİNGÖL