Modern.az

İki küçədə hərəkət məhdudlaşdırılacaq 

İki küçədə hərəkət məhdudlaşdırılacaq 

Ölkə

12 Avqust 2026, 00:19

Bakının Binəqədi və Sabunçu rayonlarında iki küçədə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə Modern.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, təmir işləri ilə əlaqədar avqustun 12-də saat 08:00-dan Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Ruslan Allahverdiyev küçəsinin bir hissəsində, saat 11:00-dan isə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsinin bir hissəsində hərəkət dayandırılacaq.

Məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq.

Sürücülərdən alternativ yollardan istifadə etmələri, müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş edilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin Paşinyanı Moskvaya çağırdı: Hesabat vaxtıdır!